Məlumat verdiyimiz kimi, Gəncə şəhər sakini Elçin Qasımov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) II və III ixtisas qrupları üzrə keçirdiyi imtahanda maksimum nəticə göstərərək 700 bal toplayıb.
Elçinin bacısı Gülçin də II ixtisas qrupu üzrə imtahan verib. Gülçin Qasımova da qəbul imtahanında 685 bal toplayaraq yüksək nəticə göstərənlərin siyahısına daxil olub.
Xeberler.az-ın Qasımovlar ailəsindən əldə etdiyi məlumata görə, abituriyentlərin yüksək bal toplamasından İKT-nin böyük rolu olub. Öyrənirik ki, İnternet eləcə də sosial media məlumatları onlara yüksək bal toplamaqda yardım edib.
Elçin Qasımovla müsahibəni təqdim edirik:
-Elçin, Universitetə hazırlaşdığınız vaxt İnternetə daxil olma imkanınız necə idi?
- İnternetsiz geniş informasiyalar əldə etmək çətindir. Məktəbdə dərs prosesində müəyyən informasiyalar əldə etmək üçün bacımla birlikdə İnternetdən faydalı şəkildə istifadə edirdik.
-Əsasən hansı saytlardan istifadə edirdiniz?
-Məktəbdə bizə tədris olunan fənlərə uyğun olaraq həmişə informasiya əldə etmək lazım gəlirdi. Və bu zaman bu informasiyaları toplamaq üçün İnternetə üz tuturduq. Bizə lazım olan informasiyaları əldə edə biləcəyimiz saytları diqqətdə saxlayırdıq. Adətən təhsil yönümlü saytlardan faydalanırdıq. Təbii ki, Google-dən mütəmadi istifadə edirdik.
-Sosial şəbəkələrdən istifadə etməyə imkan olurdumu? ( Facebook, Twitter, Instagram və s.)
-Baxmayaraq ki, İnternet bizim üçün önəmli informasiya mənbəyi idi, bəzən bu mənbədən uzaq da qala bilirdik. Bacımla Universitetə hazırlaşdığımız ərəfədə sosial şəbəkələrdən az istifadə etməyə çalışırdıq. Elə günlər olurdu ki, sosial şəbəkələrə daxil olmurduq. Qəbul imtahanından sonra isə sosial şəbəkələrdən aktiv istifadə edirəm.
-Gündə neçə saat İnternetdə olurdunuz?
-Bizə tapşırılan mövzuları oxuyub öyrənmək üçün bəzən İnternetdən uzaq qalırdıq. Amma bir abituriyent üçün İnternetdən hazırlaşdığı fənlərə dair məlumatlar əldə etmək çox asandır. Təxmini hesablasaq, gün ərzində 30-45 dəqiqə İnternetdə olurduq. İnternetimizin sürəti elə də yüksək deyil. Qeyd edim ki , mobil İnternetdən elə də çox istifadə etmirəm.
-Valideynləriniz sizin İnternetdən istifadə etməyinizə hansısa qadağalar qoyurdumu?
- Bu barədə bəxtimiz gətirib . Əksər abituriyentlərin valideynləri ali məktəbə hazırlaşan övladlarına kompüterlə, İnternetlə bağlı qadağalar tətbiq edir. Amma bizim valideyinlərimiz demokratikdir və bu sarıdan heç vaxt əziyyət çəkməmişik(gülür).
Ümumiyyətlə, valideynlərimiz heç bir məsələ ilə bağlı bizə qadağalar tətbiq etməyiblər. Bəlkə də, yüksək nəticə göstərməyimizin səbəblərindən biri də budur.
- Maraqldır ki, İnternet materialları bu uğurunuzda sizə necə kömək etdi?
-Təbii ki, İnternet böyük bir məlumat bazasıdır. Deyərdim ki, yüksək bal toplayan hər bir tələbə İnternet materiallarından səmərəli istifadə edib. Bizə də İnternet bu istiqamətdə kömək etdi. Elektron məlumatlardan faydalanmaq yüksək bal toplamağımız üçün əlavə köməkçi vasitə oldu.
-Abituriyentlərlə bağlı sual -cavab qruplarında və ya digər bu kimi onlayn qruplardan yararlanırdınızmı?
- Facebook qruplarında sual-cavab şəklində qoyulan mövzuları diqqətdə saxlayırdıq. Amma buna o qədər də vaxt sərf etmirdik.
-Xaricdə yoxsa, Azərbaycanda oxumağa üstünlük verirsiniz?
-Xaricdə təhsil ilə bağlı Dövlət proqramını qazana bilsəm, xaricdə təhsil almağı düşünürəm. Mümkün olmasa, ölkəmizdə təhsilimi davam etdirəcəm.
İmtahanın nəticəsini İnternetdən öyrədiniz, yoxsa SMS-lə?
-Bacımla imtahan nəticələrini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi İnternet səhifəsindən öyrəndik.
-Yüksək bal toplamaq üçün abituriyentlərə nə məsləhət görərdiniz?
-Məsləhət görərdim ki, dərslərə lap aşağı siniflərdən həvəslə, məsuliyyətlə, diqqətlə yanaşsınlar. Əks halda bu uğuru qazanmaq mümkün deyil.
-Hansı ixtisasıda təhsil almaq istəyirsiniz?
-“Mühasibat uçotu və audit”.
-Texnologiyalarla işləməyə marağınız varmı? Gələcəkdə İT sahəsi ilə məşğul olmaq istərdinizmi?
-Əlbəttə, İT sahəsinə çox həvəsim var. Təhsil aldığım vaxtlarda bu sahə ilə yaxından maraqlanacam. İKT sahəsində bilikli olmaq zamanın tələbidir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri