Previous Next
Bağla

Ekspert: “Ağıllı kənd” konsepsiyasının reallaşmasına hansı qurum cavabdehdir?

09-03-2021 16:20
Ekspert: “Ağıllı kənd” konsepsiyasının reallaşmasına hansı qurum cavabdehdir?
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası olub.
 
İclasda işğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji” məsələləri və “Ağıllı kənd” konsepsiyasının tətbiqi üzrə məruzələrin dinlənildiyi və müvafiq tapşırıqların verildiyi bildirilib. Artıq bu istiqamətdə işlərə başlandığı da bildirilir.
 
Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz münasibət bildirib:
 
"Maraqlıdır ki, hələlik ortada bu məsələlərə hansı qurumun cavabdeh olacağı, hansı tədbirlər planının olacağı, prioritetlərin və hesabatlılığın necə olacağı ilə bağlı konkret hüquqi sənədlər yoxdur.
 
Düşünürəm ki, görüləcək işlər üzrə konkret qrafik və məsul qurumların müəyyən olunduğu bir tədbirlər planına ehtiyac var. Hesabatllıq və şəffaflıq prinsipləri müəyyən olunmalıdır. Qrafik əsasında hansı rəqəmsal həllərin, hansı rəqəmsal xidmətlərin kim tərəfindən təqdim ediləcəyi, gözlənitəlin nə olacağı, xidmətlərdən yaralananlar üçün rəqəmsal savadlılıq işlərinin necə gerçəkləşəcəyi, monitorinq və qiymətləndirmə mexanizmləri ilə bağlı qabaqcadan aydın təsəvvürlərin olması layihənin uğuru üçün vacib amillərdəndir.
 
Əks halda ehtiyat edirəm ki, “Ağıllı kənd” layihəsi bundan öncə reallaşdırılan digər nəhəng bir “ağıllı” layihənin, hazırda isə iflasa uğramış və faktiki mövcud olamayan “Nəqliyyatın intellektual idarəetmə sistemi” layihəsinin taleyini yaşaya bilər. Bir neçə gün öncə “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası“ haqqında Prezidentin Fərmanı təsdiqlənib. Dövlət proqramlarına verilən tələblər baxımından əhəmiyyətli bir sənəddir.
 
Bu Qaydalara görə konseptual sənədlərin də hazırlanması, icrası, monitorinq və qiymətləndirilməsi üçün bəlli bir tələblər müəyyən edilib. Dövlət başçısı son zamanlardakı bütün çıxışlarında ictimai nəzarət məsələlərinə xüsusi önəm verir".
 
Osman Gündüz bildirib ki, “Ağıllı kənd” konsepsiyası və onun reallaşmasına ayrılan ictimai vəsaitlər üzərində, təqdim edəlicək xidmətlərin və rəqəmsal həllərin keyfiyyəti üzərində effektiv ictimai nəzarət mexanizmlərin qurulması, alternativ ictimai hesabatların hazırlanması çox əhəmiyyətlidir.
 
"Fikrimcə, bu istiqamətdə daha informasiyalı mühitin yaradılmasına ciddi ehtiyac var. Bu baxımdan, düşünürəm ki, “Ağıllı kənd” konsepsiyasının da adı çəkilən Qaydalara uyğun olaraq hazırlanması və ictimaiyyətə təqdim edilməsi doğru olardı".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

16-02-2021

Ekspert: Konsepsiya ortada yoxdur, konkret layihələrdən danışılır

22-11-2022

Ağıllı şəhər və kənd" layihələrini kim icra edəcək? – RƏY

10-02-2021

Nazir: İşçi qrupun fəaliyyəti “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq

20-04-2021

Nazirlik: Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır

27-02-2021

RİNN Dünya Bankı ilə birgə Azərbaycanda tənzimləyici qurum yaradacaq

21-11-2022

AzTU və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə seminar keçirilib

18-02-2021

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019

Zəngilanda "ağıllı kənd" hazırdır

19-05-2022

“Ağıllı kənd”də ilk iclas keçirildi

14-06-2022

Dünya Bankı Azərbaycana “Ağıllı kənd” yaratmağa dəstək göstərir

21-11-2022

Çin şirkəti Qarabağda: Risklər aradan qalxıbmı?.. - Osman Gündüz

29-04-2021

Azad edilmiş ərazilər rəqəmsallaşdırılır

21-11-2022

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021

Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

22-05-2020

Qarabağda "yaşıl" texnologiya və enerji səmərəliliyinə əməl edilməsi monitorinq olunacaq

23-05-2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Qarabağla bağlı planları açıqlanıb

06-12-2021

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

13-01-2023

Nazir: "ABŞ şirkətlərinin "ağıllı texnologiya" təcrübəsinin tətbiqinə hazırıq"

28-07-2021

Nazir: 2024-cü ilin sonuna qədər Azərbaycanda fiber-optik çəkilməyən ev qalmamalıdır

21-11-2022

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun iclası olub

01-07-2021

“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - SƏRƏNCAM

19-04-2021

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022

Ekspert: Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik var

24-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə