Azərbaycan Universitetində iş dünyasının nümayəndələri ilə görüşlər davam edir. Növbəti belə görüş “MilliSec” kibertəhlükəsizlik şirkətinin Biznesin və beynəlxalq əlaqələrin inkişafı şöbəsinin direktoru Əfsanə Mustafazadə ilə olub.
Xeberler.az məlumat verir ki, tədbirdə Tədris şöbəsinin müdiri Leyla Ağamalıyeva Azərbaycan Universitetinin iş dünyası ilə əməkdaşlığa hər zaman əhəmiyyət verdiyini qeyd edib.
İKT fakültəsinin dekanı Asif Paşayev universitetdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik ixtisasları üzrə bakalavriat və magistratura səviyyələrində kadr hazırlığı aparıldığını bildirib, mövcud infrastruktur və tədris proqramları haqqında məlumat verib. Dekan əlavə edib ki, universitet Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) ilə əməkdaşlıq edir, iş dünyası və dövlət qurumları ilə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi universitetin öncəlikləri arasındadır. Karyera inkişafı departamentinin direktoru Kamran Rzayev universitetdə keçirilən ənənəvi karyera sərgiləri haqqında danışıb və “MilliSec” şirkətini növbəti karyera sərgisində iştiraka dəvət edib.
“MilliSec” şirkətinin nümayəndəsi Əfsanə Mustafazadə kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsinə xüsusi əhəmiyyət verdiklərini və bu məqsədlə ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiklərini vurğulayıb. Əfsanə Mustafazadə bildirib ki, şirkət tələbələrin nəzəri və praktiki biliklərini artırmaq, həmçinin onların real iş mühitinə inteqrasiyasını dəstəkləmək üçün müxtəlif təşəbbüslər irəli sürür və layihələr həyata keçirir.
Görüşdə tərəflər arasında tələbələr üçün istehsalat təcrübəsinin təşkili, təcrübədə fərqlənən tələbələrə iş imkanlarının yaradılması, universitetdə ustad dərsləri və infosessiyaların təşkili, birgə tədqiqatların aparılması, kibertəhlükəsizlik laboratoriyasının inkişafı və bu kimi əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Əməkdaşlığın kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı kadrların yetişdirilməsinə və sahənin inkişafına töhfə verəcəyi vurğulanıb və tərəflər arasında əməkdaşlıq haqqında memorandum və konkret sahələr üzrə əməkdaşlıq müqavilələrinin hazırlanması ilə bağlı ilkin müzakirələr aparılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri