Məlum olduğu kimi, mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” festivalına start verilib. Festival çərçivəsində keçirilən sərgidə AMEA üçün də geniş sahəni əhatə edən xüsusi pavilyon ayrılıb.
Xeberler.az bildirir ki, tədbirdə AMEA-da aparılmış uzunmüddətli tədqiqatların nəticəsi olan rəqabətədözümlü, intellektual texnoloji məhsulları nümayiş etdirmək üçün Akademiyanın 6 elmi-tədqiqat müəssisəsi və akademiyanın nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının (YTP) 5 rezidenti iştirak edir.
Sərgidə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, AMEA-nın “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunan sərgidə iştirakı ilə bağlı İşçi qrupunun rəhbəri, akademik Rasim Əliquliyev, İşlər İdarəsinin müdiri, professor Elton Məmmədov, Akademiyanın bir sıra elmi müəssisələrinin rəhbərləri və digər məsul şəxslər AMEA-nın pavilyonuna baxış keçiriblər.
Sərgidə VİP tur zamanı “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar AMEA-nın pavilyonu ilə yaxından tanış olub, əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. Eləcə də Türkiyə Elmlər Akaemiyasının prezidenti, akademik Müzəffər Şəkər, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və digər elm və texnologiya sahəsi üzrə tanınmış nümayəndələr pavilyona baxış keçirib, təqdim olunan layihələrə maraqlarını ifadə ediblər.
Akademik Rasim Əliquliyev AMEA pavilyonuna ziyarətçilər tərəfindən böyük diqqət göstərildiyini bildirib, pavilyonun bir çox xarici şirkətlərin böyük marağına səbəb olduğunu deyib. Qeyd edib ki, “TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan elminin dünya elminə inteqrasiyasına böyük imkanlar açır və əməkdaşlıq əlaqələrinin yaradılmasında mühüm rol oynayır.
AMEA-nın pavilyonunda yer alan institutların, eləcə də AMEA Yüksək Texnologiyalar Parkının rəsmi nümayəndələri pavilyonu ziyarət edənlərə təmsil etdikləri müəssisələrin elmi və innovativ yenilikləri, əldə olunan son texnoloji nailiyyətlər, o cümlədən pilotusuz uçuş aparatları, robotlar, “ağıllı” qurğular, mikrosxemlər, mühərrik, hidravlika yağları və s. haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir (indiyədək 4 dəfə təşkil olunub). Türkiyədən kənarda ilk “Teknofest” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri