Previous Next
Bağla

Ekspert: "Mərkəzi Bankın adi bir rəqəmsal həll üçün milyonlar xərcləməsi yersizdir"

01-03-2021 15:56
Ekspert: "Mərkəzi Bankın adi bir rəqəmsal həll üçün milyonlar xərcləməsi yersizdir"
"Mərkəzi Bank adi bir rəqəmsal həll üçün milyonlar xərcləyib. Ötən il İT sahəsinə ayrılan vəsaitlərə nəzər salıram. Təəccüblənməmək mümkün deyil. Bir sıra xərclərin ağlabatanlığı dərhal şübhə doğurur.
 
Maraqlıdır ki, optimallaşma və səmərəliliklə bağlı tələblər mövcud olsa da yenə hər dövlət qurumu özü üçün məxsusi İT həllər sifariş edir. Amma mahiyyətcə eyni olan bu həllərə kəskin fərqli dövlət vəsaitləri sərf olunur.
 
Məsələn, az qala bütün dövlət qurumları elektron sənəd dövriyyəsi xidməti almaq , texniki dəstək və s. üçün tenderlər elan edir.
 
eSatınalma resursundan müşahidə etmək olar ki, bir çox dövlət qurumlarının bu xidmətləri almaq üçün ayırdıqları xərclər ağlabatan və məntiqli görsənir. Amma Mərkəzi Bank eyni bir xidməti almaq üçün milyonlar xərcləyib.
 
Mərkəzi Bank istismarda olan elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi üçün ötən il SİNAM şirkətinə 849895 AZN vəsait ayırıb. Bu qurum həmin il eyni vaxtda, istismarda olan bu sistemin proqram təminatının dəstəklənməsi üçün əlavə olaraq 299956 AZN də yenə həmin SİNAM şirkətinə ödəyib. Düşünürəm ki, cəmi 1 il müddətinə təkmilləşmə və dəstəklə bağlı adi, mövcud bir sənəd dövriyyəsi sisteminə milyondan çox vəsait ayırmaq ağlasığmazdır.
 
Bilmirəm, bəlkə də şirkət Mərkəzi Bankı aldadıb, bəlkə də sövdələşmə var. Adi məntiqlə yanaşsaq bu qeyd olunan xidmətlər üçün, hətta sıfırdan yenidən hazırlamaq olsa belə, bu rəqəmlər ağlasığmazdır. Bunun hər hansı izahı yoxdur.Düşünürəm ki, bunlar həm də onun göstəricisidir ki, eGov-un inkişafına cavabdeh olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin eGov Mərkəzinin elektron hökumətin əlaqələndirilməsi sahəsindəki fəaliyyəti qənaətbəxş deyil. Qurum eGov sahəsində bir sıra uğurlu həllər təklif etsə də bütövlükdə elektron hökumət quruculuğunda əlaqələndirmə sahəsində görülən işləri yetərli hesab etmək olmaz.
 
eGov sahəsində İT layihələrin tətbiqində optimallaşma və ekspertiza sistemi yoxdur.
Müxtəlif şirkətlərə məxsus eyni mahiyyətli rəqəmsal həllər müxtəlif dövlət qurumlarında müxtəlif , ağlasığmaz qiymətlərlə tətbiq olunursa demək burada effektiv eGov əlaqələndirməsindən danışmaq doğru olmazdı."
 
Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021
Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

27-07-2021
Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

09-07-2019
“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

22-04-2021
Ekspert : "Bütün bunlar eGov sahəsində aparılan işlərə kölgə salır"

Ekspert : "Bütün bunlar eGov sahəsində aparılan işlərə kölgə salır"

20-10-2018
Çökən 10 milyonluq sistemdən nə xəbər var ?

Çökən 10 milyonluq sistemdən nə xəbər var ?

22-02-2020
Ən axsaq yerimiz səhiyyə sistemidir

Ən axsaq yerimiz səhiyyə sistemidir

19-12-2020
Ekspert eGov sahəsindəki problemlərdən danışdı

Ekspert eGov sahəsindəki problemlərdən danışdı

08-10-2018
Ekspert: Elektron sənəd dövriyyəsi inkişaf edir, oflayn xərclər çoxalır

Ekspert: Elektron sənəd dövriyyəsi inkişaf edir, oflayn xərclər çoxalır

27-08-2019
Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

22-01-2020
ASAN 2.0 realdırmı ?

ASAN 2.0 realdırmı ?

05-12-2018
Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018
Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021
Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

22-05-2020
Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

14-01-2020
Sinam Qırğızıstanın keçirdiyi tenderdə iştirak edir

Sinam Qırğızıstanın keçirdiyi tenderdə iştirak edir

28-08-2015
Ekspert:Nə üçün kiber hücum öncədən nəzərə alınmayıb?

Ekspert:Nə üçün kiber hücum öncədən nəzərə alınmayıb?

15-09-2022
Ekspert: "EHİM-in hazırladığı məlumat  eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

Ekspert: "EHİM-in hazırladığı məlumat eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

11-01-2022
Ekspert: Banklar hələ də e-Gov sisteminə inteqrasiya olunmayıb

Ekspert: Banklar hələ də e-Gov sisteminə inteqrasiya olunmayıb

31-10-2019
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Ekspert: Azərbaycan eGov sahəsində əvvəlki beynəlxalq reytinqlərini təkrarlaya bilmir

Ekspert: Azərbaycan eGov sahəsində əvvəlki beynəlxalq reytinqlərini təkrarlaya bilmir

07-09-2020
Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023
Ekspert: EHİM vaxtını müxtəlif qurumlar üçün saytlar hazırlamağa sərf edir

Ekspert: EHİM vaxtını müxtəlif qurumlar üçün saytlar hazırlamağa sərf edir

22-01-2022
Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə