Sistem inteqrasiyası və biznesin idarə edilməsi üzrə həllər sahəsində aparıcı təşkilatlardan biri olan AZEL şirkəti «Microsoft»un Tərəfdaşlıq Proqramı çərçivəsində «Microsoft Gold Certified Partner» statusunu növbəti dəfə təsdiqləyib.
AZEL şirkətinin Müşahidə Şurasının sədri İqor Yakovenkonun verdiyi məlumata əsasən, AZEL şirkəti «Microsoft Gold Certified Partner» statusundan əlavə «Microsoft»un şəbəkə infrastrukturu (Networking Infrastructure Solutions Competency), lisenziyalaşdırma (Licensing Solutions Competency), xidməti istiqamətləndirmə arxitekturası (SOA) və biznes-proseslər (SOA and Business Process), həmçinin «Microsoft Dynamics NAV» və «Microsoft Dynamics CRM» ixtisaslaşdırılması ilə «Microsoft Business Solutions» üzrə bir çox bilgilərə malikdir.
Öncül informasiya texnologiyalarının tətbiqi AZEL şirkətinin fəaliyyətində nüfuzlu istiqamətlərdən biri sayılır.
Bununla yanaşı İ.Yakovenko şirkətin işinin standartlarını yüksək maksimallıq səviyyəsində qoruyub saxladığını və müştərilərə biznesin effektivliyini artırmaq məqsədilə optimal həllər təqdim etməyə çalışdığını xüsusi vurğulayıb.
«Microsoft Gold Certified Partner» statusu hər il daha güclü təəssürat doğuran nəticələr nümayiş etdirmiş «Microsoft» tərəfdaşına təqdim olunur və inteqrator-şirkəti üçün yüksək ixtisaslaşdırma və etibarlılığını tamamlayan zəmanət hesab edilir.
AZEL şirkəti bu yüksək statusa 2008-ci ildə uğurla əməl etdiyinə görə layiq görülüb.
Bu layihələr sifarişçilərin tələblərinə müvafiq olaraq tam dəqiqliklə yerinə yetirilib və tələb olunan müddətə qurulub.APA
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri