Azərbaycanın “InnMedia” “AI/MediaTech” startapı Mərkəzi Asiyanın ən böyük beynəlxalq texnoparkı olan “Astana Hub” tərəfindən “Google for Startups” ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Silkway Accelerator 2026” proqramının yeddinci mərhələsində iştirak üçün seçilib.
Xeberler.az-ın məlumatına görə, “InnMedia”nın təsisçisi Teymur Kutseba bildirib ki, şirkət proqramın yeni mərhələsinə seçilən yeganə Azərbaycan startapıdır və regionun texnologiya şirkətləri arasında ölkəmizi təmsil edəcək.
Onun sözlərinə görə, akselerator proqramında iştirak şirkətin beynəlxalq inkişaf strategiyasının həyata keçirilməsi baxımından mühüm mərhələ olacaq.
“Bu proqram bizim üçün intensiv inkişaf mərhələsindən keçmək, beynəlxalq ekspertlər şəbəkəsinə qoşulmaq, yeni inkişaf imkanlarını sınaqdan keçirmək, həmçinin regional və qlobal bazarlara çıxış üçün hazırlığı daha da gücləndirmək imkanı yaradacaq”, - deyə T.Kutseba qeyd edib.
O bildirib ki, inkubasiya proqramları əsasən layihələrin ilkin inkişaf mərhələsinə yönəldiyi halda, akselerasiya proqramları şirkətlərin daha sürətli inkişafına, satış imkanlarının genişləndirilməsinə, investisiyaların cəlb edilməsinə və beynəlxalq bazarlarda fəaliyyət göstərməyə hazır olmağa xidmət edir. (Azərtac)
“Silkway Accelerator” proqramı 2022-ci ildə “Astana Hub” və “Google for Startups”ın birgə təşəbbüsü ilə istifadəyə verilib. Ötən altı mərhələ ərzində proqram regionun 8-dən artıq ölkəsindən 73 startapı bir araya gətirib. Təşkilatçıların məlumatına görə, proqramın iştirakçıları ümumilikdə 48 milyon dollardan çox investisiya cəlb ediblər, onların ümumi bazar dəyəri isə 500 milyon dolları keçib.
Bu proqramda daha əvvəl Azərbaycandan “Tripsome”, “Metatesk”, “Voiceloft” və “Tryverse” startapları iştirak ediblər.
“InnMedia” media və kommunikasiya proseslərinin avtomatlaşdırılması üçün süni intellekt əsaslı platforma hazırlayır. Bu həll media qurumlarına, redaksiyalara və rəqəmsal nəşriyyatlara kontentin toplanmasını, təhlilini, hazırlanmasını və mətn, audio, vizual və video formatında yayımlanmasını avtomatlaşdırmağa imkan verir.
Teymur Kutseba bildirib ki, “Silkway Accelerator” proqramında iştirak şirkətə beynəlxalq tərəfdaşlar şəbəkəsini genişləndirmək və öz texnoloji həllərinin inkişafını sürətləndirmək üçün əlavə imkan yaradacaq.
“InnMedia” (“Innovation Media Services” MMC) “AdTech”, “MediaTech” və süni intellekt istiqamətlərində fəaliyyət göstərir. Şirkət kontentin hazırlanması, lokallaşdırılması və yayımının avtomatlaşdırılması üçün tam funksional AI platforması üzərində çalışır. “InnMedia” daha əvvəl “Microsoft Azure Credits” proqramı çərçivəsində 150 min ABŞ dolları məbləğində rəsmi qrant əldə edib, həmçinin “SABAH.HUB”, “IE Business School” və “Y Combinator”un yay məktəbi proqramlarında iştirak edib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları