8-12 noyabr tarixləri əhatə edən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlər” adlı Bakı Beynəlxalq Teatr Konfransının çərçivəsində keçirilmiş plenar iclasın bağlanışı oldu.
İclasın sonunda “Azərbaycan teatrı” veb-portalı təqdim edildi. Azərbaycanın teatrının tarixi, bu günü, o cümlədən milli-mədəni irsimizin gələcəyinə yönəlik planlarını özündə ehtiva edən portal, azərbaycan türkcəsi ilə yanaşı dünyanın bir çox dillərində - ingilis, rus, fars, hətta çin dillərində hazırlanıb. Bir neçə bölmədən ibarət olan teatr portalında Azərbaycan mədəniyyətinin, xüsusi olaraq Azərbaycan teatrinin tarixi təkcə kiçik məlumatlardan ibarət deyil. Nəfis dizaynla hazırlanmış bu saytda kifayət qədər zəngin audio-video məlumat bazası ilə bahəm multimedia kitabxana, habelə təhsil-maarifçilik proqramları yerləşdirilib.
Xatırladaq ki, “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlər” adlı Bakı Beynəlxalq Teatr Konfransında Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqları iştirakı edirdi. Azərbaycanda ilk dəfə keçirilmiş Beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları vardı. Belə elmi-praktik konfransların mütəmadi, daha dəqiq desək, iki ildən bir keçirilməsi Dövlət Proqramında nəzərdə tutulub. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərsləri və treninqlər də keçirilir. Artıq bir neçə ustad dərsləri keçirilib.
Proqrama əsasən, noyabrın 12-dək davam edəcək treninqlərdə ABŞ-dan olan mütəxəssislər - Rut Maqraff “Dramaturgiya”, “Vokal ifaçılığı”, Roberto Varea “Plastika”, Daniel Banks “Teatr alternativləri: Hip-Hop teatrı” mövzusunda seminarlar keçəcəklər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri