Previous Next
Bağla

Azərbaycan: Enerji və Nəqliyyat Mərkəzindən Rəqəmsal Mərkəzə doğru

02-02-2021 11:03
Azərbaycan: Enerji və Nəqliyyat Mərkəzindən Rəqəmsal Mərkəzə doğru

Bəşəriyyət artıq yeni bir dövrə - Dördüncü Sənaye İnqilabı dövrünə (Sənaye 4.0) qədəm qoyub. Sənaye 4.0 qarşımızda yeni üfüqlər açan tam yeni bir inkişaf mərhələsidir. Sənaye 4.0-ün mahiyyəti odur ki, artıq hər birimizin maddi dünyası virtual dünya ilə əlaqəlidir və biz kiber-fiziki sistemlər, robotlaşma, ağıllı şəhər və müəssisələrin yaradılmasının, 5-ci nəsil mobil rabitənin, əşyaların interneti və s. yaradılmasının şahidi oluruq.

Dünya birliyinin ayrılmaz hissəsi və iqtisadi inkişafına görə Cənubi Qafqazda lider ölkə olan Azərbaycan da dördüncü sənaye inqilabına qədəm qoyur. Ötən illər ərzində Azərbaycan təkcə bölgə üçün deyil, bütün Avrasiya regionu üçün böyük əhəmiyyətə malik bir ölkəyə çevrilib. Avropa ilə Asiyanın qovşağında, tarixi İpək Yolunun üzərində yerləşən ölkəmiz böyük Asiya ölkələri olan Çin və Hindistan ilə Avropa İttifaqı ölkələri arasında körpü, habelə Rusiyanı Yaxın Şərq, Cənubi Asiya ilə birləşdirən vacib bir ölkədir.

Bu gün Sənaye 4.0 dövründə Azərbaycan öz əlverişli mövqeyindən fəal şəkildə istifadə edərək böyük regional və transmilli layihələr həyata keçirir. Təbii ki, bu layihələr sırasında ilk növbədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, həmçinin ölkəmizin dünya ticarətində fəal iştirak etməsini təmin edən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri yer alır. Eyni zamanda, Əfqanıstandan Türkiyəyə və Avropaya uzanan “Lapis Lazuli” marşrutunu da qeyd etmək lazımdır.

Həyata keçirilən məqsədyönlü siyasətin ayrılmaz hissəsi olaraq son illərdə ölkənin müxtəlif bölgələrində yeni infrastruktur layihələrinin icrası, yeni avtomobil və dəmir yolların tikintisi, həmçinin regional layihələrin həyata keçirilməsində ölkəmizin oynadığı aparıcı rol bir tərəfdən daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, digər tərəfdən isə Azərbaycanı Avrasiyanın nəqliyyat mərkəzinə çevirir.

Vətən müharibəsində qazanılan qələbə və bundan sonra Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin, habelə Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış və Azərbaycanla Ermənistan arasındakı nəqliyyat kommunikasiyalarının bərpası üçün üçtərəfli işçi qrupun yaradılmasını nəzərdə tutan bəyanat Azərbaycanı regional mərkəz olaraq yeni bir mərhələyə çıxarır. Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizi əvvəllər qət olunan məsafəni əhəmiyyətli dərəcədə azaldır, həmçinin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üçün alternativ bir qol yaradır.

Yuxarıda deyilənlər Azərbaycanın yaxın gələcəkdə rəqəmsal inkişafına və bölgənin
rəqəmsal mərkəzinə çevrilməsinə də imkan verir. Bu gün Azərbaycanın özünün əlverişli coğrafi mövqeyinə, enerji və nəqliyyat mərkəzləri kimi statusuna və potensialına güvənərək yaxın regionlar üçün həmçinin Regional Rəqəmsal Mərkəzə çevrilmək imkanı vardır.

Hazırda dünyada gedən intensiv rəqəmsallaşma fonunda ölkəmizdə iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyatın qurulması yalnız xoş bir perspektiv deyil, həm də dünyanı bürüyən COVID-19 pandemiyası zamanı daha aydın görünən bir zərurətdir. Belə ki, sərt karantin dövründə rəqəmsal xidmətlərə olan tələbat sürətlə artıb, bağlantı xidmətləri hər zaman olduğundan daha aktual əhəmiyyət kəsb edib, ictimai həyatın demək olar ki, bütün sahələri onlayn rejimə keçib və bu rəqəmsal transformasiya bu gün də davam edir. Lakin hazırda bu xidmətlərin təkcə əhatə dairəsinin genişlənməsinə deyil, həm də yüksək keyfiyyətinə nail olmaq və bu istiqamətdə Dövlət-Özəl Sektor Əməkdaşlığı (DÖST) modelini tətbiq etmək lazımdır.

Bu gün dünyada pandemiya ilə mübarizə fonunda baş verən dəyişikliklər Azərbaycanın qarşısında müasir çağırışlara cavab vermək və iqtisadi inkişafda yeni üfüqlər açmaq kimi öhdəliklər qoyur. İnkişaf etmiş ölkələrdə olduğu kimi, iqtisadiyyatın rəqəmsallaşdırılması, rəqəmsal iqtisadiyyatın qurulması və yeniliklərin tətbiqi məsələləri ölkəmiz üçün prioritetdir.

Ölkənin əlverişli coğrafi mövqeyi və təbii sərvətləri, insan potensialı, habelə son illərdə Prezident İlham Əliyevin qəbul etdiyi dövlət proqramları, fərman və sərəncamlar bunun üçün bütün imkanları yaradır.

Rəqəmsallaşma və ölkədə dayanıqlı rəqəmsal infrastruktur quruculuğu istiqamətində atılan ən vacib addımlardan biri də ölkəni qlobal internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkəti tərəfindən həyata keçirilən “Azerbaijan Digital Hub” proqramıdır. Proqramın əsas məqsədi daxili telekommunikasiya infrastrukturunu dünyada inkişaf etmiş iqtisadiyyata malik ölkələrin standartlarına uyğun modernləşdirmək, habelə Azərbaycanın digər ölkələrdən internetlə bağlı asılılığını aradan qaldırmaq, Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə tarixi İpək Yolunun üzərində “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) qurmaqdır. Uzunmüddətli perspektivdə proqram çərçivəsində həyata keçiriləcək layihələr Azərbaycanın bölgədə əsas İnternet təchizatçısı, İnternet Mübadilə Mərkəzi olmasına imkan verəcək və ölkəni rəqəmsal xidmətlərin idxalçısından ixracatçısına çevirəcək.

Proqramın birinci mərhələsi çərçivəsində şirkət ölkədə və xaricdə dayanıqlı magistral infrastrukturun qurulması üzrə layihələr həyata keçirir. Hal-hazırda Xəzər dənizinin dibi ilə Azərbaycan - Qazaxıstan və Azərbaycan - Türkmənistan marşrutları boyunca fiber-optik kabel xətlərinin çəkilməsi layihələrinə başlanılıb. Bu marşrutlar boyunca kabel xətlərinin çəkilməsi üçün 19 mart 2019-cu il tarixində Azərbaycan ilə Qazaxıstan, 28 noyabrda isə Azərbaycan və Türkmənistan arasında dövlətlərarası sazişlər imzalanıb. Bu sazişlərə uyğun olaraq, Xəzər dənizinin dibi ilə 400 km uzunluğunda Azərbaycan-Qazaxıstan marşrutu üzrə kabel xəttinin çəkilişi layihəsi Azərbaycan tərəfdən “AzerTelecom”, Qazaxıstan tərəfdən isə “Transtelecom” tərəfindən həyata keçirilir. 2019-cu ilin noyabr ayında Qazaxıstanın Aktau şəhərində hər iki ölkənin baş nazirləri, digər rəsmi şəxsləri, layihəni icra edən şirkətlərin rəhbərlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan marşrutu layihəsinin təməlqoyma mərasimi keçirilib. Xəzər dənizini dibi ilə digər layihə olan və ümumi uzunluğu 300 km olacaq Azərbaycan-Türkmənistan marşrutu üzrə magistral kabel xəttinin çəkilməsi layihəsi isə “AzerTelecom” və “Turkmentelecom” tərəfindən həyata keçiriləcək. Onu da qeyd edək ki, Qazaxıstan istiqaməti üzrə kabel xətti ən azı 4-6 terabit/saniyə həcmində, Türkmənistan istiqaməti üzrə isə 2-3 terabit/saniyə həcmində məlumatların ötürülməsinə imkan verəcək.

“Azerbaijan Digital Hub” proqramının həyata keçirilməsi Azərbaycanın təkcə Cənubi
Qafqazda deyil, həm də Yaxın Şərq, Orta Asiya və Cənubi Asiya üçün regional rəqəmsal xidmətlər mərkəzinə çevrilməsinə imkan verəcək. Yeni internet traffiki mübadiləsi nöqtəsi olaraq, London, Frankfurt, Sofia, İstanbul, Moskva, Amsterdam və Dubay kimi inkişaf etmiş mərkəzlərlə yanaşı, Bakı da bu qlobal siyahısa düşəcək və ölkəmiz ümumilikdə ətraf regionlarda yaşayan 1.8 milyard insanın müxtəlif rəqəmsal xidmətlərə çıxışını yaxşılaşdıracaq.

Beləliklə, “Azerbaijan Digital Hub” proqramının həyata keçirilməsi ilə ölkəmizdə və
ölkəmizdən kənarda dayanıqlı rəqəmsal infrastruktur formalaşacaq, bu layihələr Sənaye 4.0 kontekstində telekommunikasiya sektorunun davamlı inkişafına, müxtəlif sahələrdə yeniliklərin tətbiqinə, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsinə, iqtisadiyyatın inkişafına səbəb olacaq və rəqəmsal transformasiya proseslərinin icrasına kömək edəcək.

Həmçinin “Azerbaijan Digital Hub” proqramı Azərbaycanın artıq əldə etdiyi enerji və nəqliyyat habı kimi statsularına əlavə olaraq hazırda qədəm qoyduğumuz yeni onillikdə ölkəmizin dünyada yeni prizmadan - rəqəmsal mərkəz prizmasından qlobal
mövqeləndirilməsinə, ölkəmizin Avrasiyanın Rəqəmsal Liderlərindən birinə çevrilməsinə imkan verəcək.

Əlimərdan Sultanov

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

21-01-2019

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

AzerTelecom Azerbaijan Digital Hub proqramını icra edir

24-01-2019

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

21-01-2019

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019

Azərbaycan Rəqəmsal İpək Yolu layihəsinin bir hissəsi olacaq

14-06-2019

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019

Qlobal rəqəmsallaşma prosesləri və Azərbaycan üçün açılan imkanlar

19-04-2019

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə