Xəzər Vençur (Khazar Ventures) şirkətinin təsisçisi Məmməd Kərimov bir müddət öncə ABŞ-da işgüzar səfərdə olub. Məmməd Kərimov səfər çərçivəsində ABŞ –ın İT şirkətləri ilə görüşüb, müxtəlif İT toplantılara qatılıb, amerikalı İT mütəxəssisləri ilə İnternet biznes sahəsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparıb.
Məmməd Kərimov ABŞ səfəri ilə bağlı Xəbərlər-in suallarını cavablandırıb.
- Məmməd müəllim, ABŞ-a nə məqsədlə getmişdiniz ? Xarici tərəfdaşlarınızla tez-tez təcrübə müdadiləsi aparmaq imkanlarınız olurmu?
- Çalışırıq ki yaxın qonşularımızda və digər xarici ölkələrdə İnternet biznes sahəsində, İT sahəsində təşkil olunan önəmli tədbirlərdə iştirak edək. Büdcəmizə uyğun olduğu üçün Türkiyədə tez-tez bu sahə ilə bağlı səfərlərdə oluram. ABŞ-a həmişə səfər etmək imkanım olmur. Avropa ölkələrinə tez-tez səyahət edirəm. ABŞ-a 20 günlük səfər çərçivəsində müxtəlif ştatlarda 50-dən çox İT şirkətləri ilə görüşdük. Bununla yanaşı, ABŞ-da şirkətlərin qeydiyyat məsələlərini təşkil edən dövlət qurumları ilə də görüşdük.
-Səyahətiniz zamanı birbaşa İnrternet bizneslə, startup sahəsi ilə əlaqəli hansı qurumlarla görüşə bildiniz? Startaplarla bağılı məsələlər müzakirə olundumu?
- Səyahət çərçivəsində bir sıra inkubasiya mərkəzləri , “500 startups”, “Runway”, “Stanford”, “Wargaming”, “Almaz Capital”, “Exoventure “ və s. şirkətlərlə görüşdük. Sullarımız ən çox ölkəmizdəki startapların inkişafı barədə oldu. Bizi narahat edən bəzi məsələlərlə bağlı suallarımıza da cavab almağa çalışdıq. Məsələn, bizim üçün ən vacib məqamlardan biri bu idi ki, kiçik ölkədən qlobal bazara maraqlı startaplar çıxa bilərmi və bunun istiqamərləri hansılardır? Azərbaycanda inkişaf potensialı olan layihələri ABŞ bazarına necə çıxarda bilərik? Əsəsən bu istiqamətdə müzakirələr apardıq. Heyətin 80 faizə yaxını startapçılar idi. Digərlərin isə inkubasiya mərkəzlərinin nümayəndələri və investorlar idi. Düzü, investolar azlıq təşkil edirdilər.
-Azərbaycanda fəaliyyət göstərən startapları Ştatlardakı İT mütəxəssislər, investorlar tanıyırlarmı və bu fəaliyyətləri necə dəyərləndirirlər?
-Bəzən amerikallıları qınayırıq ki, onların dünyagörüşü azdır, bizi tanımırlar və s. Amma bu səfərimizdən sonra onlara haqq qazandırmağa başladım. Orda belə statistika var ki, ştatlarda yaşayan insanların 70 faizi digər ştatlara heç vaxt keçmirlər. Bu, ona görə baş verir ki, Amerika çox böyükdür, digər tərəfdən isə hər bir ştat öz biznesi, əyləncəsi və digər imkanları ilə tam təmin edildiyi üçün insanlar başqa ştata getməyə ehtiyac duymurlar. O ki qaldı Azərbaycanı tanısınlar. Əksər amerikalı İT mütəxəsisləri bizim haqqımızda məlumatsızdırlar. Amma bəzi ştatlardan nümayəndələr var ki, Azərbaycanda olduqları üçün son investisiyalardan məlumatları var. Lakin onlarla texnoloji yönümlü uğurlu əməkdaşlıqlarımız yoxdur. Bunun üçün vaxt lazımdır. ABŞ-da Ukrayna, Estoniya, Rusiya kimi ölkələrin İT mütəxəssisləri, startap layihələri yaxşı mənada ad çıxarıblar. Etiraf edim ki, resurs olaraq bizdən balaca olan Belarus kimi ölkələrin orada ad qazanmağı müsbət mənada məni qıcıqlandırdı. Bizim İT mütəxəssislərində də hər növ imkan var ki, onlar kimi nəticə göstərsinlər, özlərini dünyada mütəxəssis kimi təqdim edə bilsinlər. Deməli, bu sahə ilə ölkə səviyyəsində müəyyən istiqamətlər dəqiqləşdirilməlidir. Texnologiyanın inkişafının təbliğatı üçün daha çox iş görmək lazımdır.
-Səfər çərçivəsində ABŞ-da startaplarla hər hansı əməkdaşlıq qura bildinizmi?
- Azərbaycanda keçirilən startap layihələrinə amerikalılar elə də maraq göstərmir. Azərbaycanda bu sahədəki inkişaf, sistem, mütəxəssis, kadr zəifliyi onların diqqətini cəlb edə bilmir. Həmçinin Azərbaycan əhali sayına görə kiçik ölkədir. Amerika startapları mentor məsələsinə xüsusi diqqət ayrırlar. Lakin ölkəmizdə fəaliyyət göstərən startaplarda bu məsələ ilə bağlı problemlər var. Azərbaycanda infrastruktur layihələrə investisya ayrılır. Bunu alqışlayırıq. Lakin bunlarla yanaşı, digər sahələrə paralel diqqət artırılmaldır ki, İT sahəsini daha sürətli inkişaf etdirə bilək. Motivasiya olmalıdır. Bu gün ölkəmizdə İT sektorunda barmaqla sayılacaq yaxşı proqramçılar var.
-ABŞ-dan baxanda Sizcə Azərbaycanda İT sahəsində hansı məsələlərə diqqəti artırmaq lazımdır?
-ABŞ ilə müqayisə edəndə Azərbaycanda İT sahəsində mütəxəssis qıtlığı var. Ölkəmizdəki yaxşı mütəxəssislər isə tez zamanda ölkəni tərk edirlər. Oradakı həmyerlilərmizlə görüş zamanı onların da ilk qayğısı o oldu ki, Azərbaycandan bu ölkəyə çox az adam gəlir. Gələnlər isə ənənəvi bizneslə məşğul olurlar. İnkişaf etmək üçün bəzi məsələlər var ki, bunlar Azərbaycanda həll olunmalıdır ki, xaricə getmək mümkün olsun. Çünki heç nə bilmədən xarici ölkəyə getmək və orada fəaliyyət göstərmək çətindir. Azərbaycanda baza yaradılmadı ki, xaricdəki iT mütəxəssisləri buradan kadrlar tələb etsinlər. Amma hələlik bizdə İT kadrların yetişdirilməsində problemlər var. Ümumiyyətlə, son dovrlərdə Azərbaycanda İT mütəxəsissləri çoxalsa da, layihələrin böyüməsi üçün Azərbaycan ərazisi kifayət etməyəcək. ABŞ kimi 320 milyon əhalisi olan ölkə daha əlverişlidir. Amma təki ölkəmizdə maraqlı məhsul istehsal olunsun, belə məhsullar ABŞ-da uğur qazansa da ölkəmizin məhsulu sayılacaq.
-Sizcə, ABŞ-dakı startaplar ölkəmizdə keçirlən startap layihəsinə qoşula bilərlərmi?
-Ordakı startapları maraqlanıran mövzular bizdə çox azdır. Onların iddialı olduqları ölkələr var: əhali sayının, ərazisinin çoxluğuna görə Braziliya, Çin, Almaniya, Türkiyə kimi ölkələr onları maraqlandırır. Amerika startapları öz miqyaslarını artıra bilmə imkanları olan ölkələrə maraq göstərirlər. Azərbaycan əhali sayına görə onlar üçün maraqsızdır . Bundan başqa, Azərbycan investoru da onları təmin edə bilmir. Azərbaycan sadəcə regional əməkdaşlıqlar edə bilər. Əhatəmizdə olan ölkələrin diqqətini, marağını çəkə bilərik. Əgər amerikalılar spesifik olaraq türkdilli ölkələr üçün hər hansı İT layihəsi ilə bağlı əməkdaşlıq fikirləşsələr, bunun ölkəmizdə də hansısa müsbət təsir ola bilər.
-Ümumiyyətlə, işgüzar səfərinizin yekunlarını necə dəyərləndirirsiniz ?
- Fikrimcə çox faydalı oldu. Əvvəlcə onu qeyd edim ki, startuplar, investisiya istiqamətləri, ümumiyyətlə İnternet biznes sahəsində yeni istiqamətlər, yeni tendensiyalarla tanışlıqlarımız oldu. Orada investisya qurumları fond təşkil edərkən planı 10 il müddətə görə qururlar. Ancaq bu illərdən sonra dəyərləndirmə aparılır. Azərbaycanda isə 1-2 ilə yaranmış fondlar artıq geri çəkilməyə başlayırlar. Beləliklə, səfər çərçivəsində biz də öz işimizdə, layihələrimizdəki fəaliyyətlərimizdə, necə deyərlər, tələsməməyi öyrəndik. Həmçinin, ölkəmizdəki startaplar qlobal bazarı düşünürək fəaliyyət göstərməli, hədəflərini əvvəlcədən bəlli etməlidirlər. Ölkəmizdəki startaplar sadə, konkret olmağı bacarmalıdırlar.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri