“Azercell Telekom” MMC-nin dəstəyi, Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Respublika Paralimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Uşaq Paralimpiya kuboku” turniri baş tutub.
Turnirdə 5 idman növü üzrə (para-cüdo, stolüstü tennis, para-taekvondo, para-üzgüçülük, pauerliftinq) 150-dən artıq paralimpiyaçı uşaq iştirak edib. Gənc idmançılar arasında Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Naxçıvan, Gəncə, Şirvan, Ağcabədi, Ağdaş, Ağsu və Bərdə şəhərlərindən olan uşaqlar da var.
"Azercell"in 2014-cü ildən etibarən Azərbaycan Uşaq Paralimpiya Komitəsinə dəstəyi sayəsində sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər. Bu, uşaqların cəmiyyətə inteqrasiya olunması və onların idmana həvəsinin artırılmasında böyük əhəmiyyət kəsb edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri