Previous Next
Bağla

Bakıda növbəti e-ticarət tədbiri keçirilib- Fotolar

31-05-2016 12:03
Bakıda növbəti e-ticarət tədbiri keçirilib- Fotolar

Mayın 28-də Bakıda növbəti  e-ticarət  tədbiri keçirilib.

Etimag-dan Xeberler.az-a verilən məlumata görə, ITC Plazada  keçirilən tədbir ETI (Elektron Ticarət İcması) və ETİD (Elektron Ticaret İşletmecileri Derneği) tərəfindən təşkil olunub.

Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb.

Tədbirdə Teknosa.com və Kliksa.com qurucusu Hakan Orhun, ePttAVM şirkətinin Satış direktoru Can Arıca, Lezzetlihediyyeler.com CEO-su Ömer Gürkan, iyzico şirkətinin marketinq direktoru Cağdaş Önen, Garanti Bankası e-ticarət,onlayn və mobil ödənişlər üzrə Baş direktoru Arda Çağaptay , ETİ rəhbəri Rəşad Camal, Axundov Group -un təsisçisi və CEO-su Telman Axundov Lalafo.az şirkətinin CEO-su  Kostiantyn Miska kimi mütəxəssislər təcrübə və biliklərini bölüşüblər.

Tədbirdə ETİ rəhbəri Rəşad Camal “Köhnə Biznes Modellərindən Yenisinə keçid” mövzusunda çıxış edib. O, elektron ticarətin gələcəkdə daha da genişlənəcəyini vurğulayıb:

"Hazırda dünyanın bir çox pərakəndə mağazalarının bağlandığını görürük. Çünki onlar öz ticarətlərini daha geniş formada internet üzərindən qururlar.”

Rəşad Camal  tədbirdə ETİ və ETİD arasında  əməkdaşlıq və partnyorluq sazişi imzalandığını və bundan sonra bu tip tədbirlərin daha tez-tez təşkil ediləcəyini elan edib.

Teknosa.com və Kliksa.com qurucusu Hakan Orhun  eTicarətdə iş planının qurulmasından danışıb.

O, ticarətdə keyfiyyətin xüsusi önəmini vurğulayaraq, keyfiyyətin düzgün təbliğinin sağlam rəqabət baxımından vacib olduğunu deyib. Həmçinin e-ticarətə başlayarkən qarşıya çıxan problemlər və onlların həlli yolları ilə bağlı da tövsiyələr verib.

“Garanti Bankası” e-ticarət,onlayn və mobil ödənişlər üzrə Baş direktoru Arda Çağaptay  çıxışında bankların e-ticarətin inkişafında bilavasitə rolu olduğunu bildirib. Həmçinin təmsil etdiyi bankın e-ticarət-ə verdiyi dəstək, ortaya çıxan problemlər və həlli yolları barədə maraqlı  informasiya paylaşıb.

Tədbirin sponsorları Azal, Portmanat.az və e-pul.az-dır. Tədbirin təşkilati dəstəyi www.shopera.az , media dəstəyi isə www.etimag.az –a  məxsusdur.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda elektron ticarətlə bağlı tədbir keçiriləcək

27-05-2016

Bakıda e-ticarətin fəaliyyət istiqamətləri müzakirə ediləcək

21-05-2016

"E-ticarət Zirvə Toplantısı" keçiriləcək

04-02-2015

Azərbaycanda 2015-ci ilin sevimli markaları - Fotolar

18-01-2016

Bir CEO-nun həyat hekayəsi- Bakıda tədbir keçiriləcək

27-11-2015

“Azərbaycanda gənc biznesmen, startaplar vergidən azad edilməlidir”

15-10-2015

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023

Bakıda E-Commerce 1.0 tədbiri keçiriləcək

15-11-2018

Bakıda E-ticarətlə bağlı Zirvə Toplantısı keçirilir

20-02-2015

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018

Elektron hesablaşmaların idarə olunması mövzusunda təlim keçirilib

28-11-2018

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

01-12-2018

Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 6,4 milyon manat olub

15-01-2015

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

Startap Azərbaycan Mingəçevirdə tələbələrlə görüşüb-Fotolar

13-04-2016

Azərbaycanda e-ticarətin inkişafında əsas maneələr nədir?

16-12-2022

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

Azərbaycan İnternet İdarəçiliyi Forumu keçirilib

31-10-2012

Elektron ticarətlə bağlı təlimlər başa çatdı-Fotolar

05-11-2016

Agentlikdə “Trendyol” şirkətinin nümayəndələri ilə görüş keçirilib

05-02-2026

Beynəlxalq Ticarət Mərkəzi Azexport portalı ilə birgə məqalə dərc edib

29-07-2020

Bakıda startap icmasının görüş tədbiri keçirilib

26-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə