Qafqaz regionunun ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC (BSC) Cəmiyyətin bütün proseslərinin mərkəzi idarəetməsi və rəqəmsallaşması sahəsində daha bir əhəmiyyətli addım atıb. Belə ki, BSC bu sahədə dünya lideri olan “SAP SE” şirkəti ilə əməkdaşlıq haqqında Memorandum imzalayıb. Sənədə “Baku Steel Company” QSC-nin Baş Direktoru Kamal İbrahimov və «SAP SE» şirkətinin Orta və Şərqi Avropa üzrə Baş Əməliyyat Direktoru İqor Kurkov imza atıblar.
BSC bütün qrup üzrə biznes proseslərin yenidən yazılması və qiymətləndirilməsi layihəsini uğurla başa çatdırıb və növbəti mərhələ olaraq, “SAP SE”nin ən yeni ERP (Enterprise Resource Planning – Müəssisə Resurslarının Planlaşdırılması) sistemi olan SAP S/4HANA kompleks sistemini tətbiq etməyi nəzərdə tutur. Bu sistem maliyyə, satınalma və təchizat, istehsalatın planlaşdırılması, satış, logistika, personalın idarə edilməsi proseslərini tam şəkildə əhatə edəcək. Yeni nəsil sistem böyük həcmdə məlumatı emal etmək üçün yaddaşdaxili hesablamalardan istifadə edir, həmçinin süni zəka (AI) və maşın öyrənməsi kimi qabaqcıl texnologiyaları dəstəkləyir.
Qeyd edək ki, 1972-ci ildə əsası qoyulan “SAP SE” (əvvəlki adı “SAP”) şirkəti 5 işçisi olan kiçik bir “startap”dan baş ofisi Almaniyanın Valdorf şəhərində yerləşən və dünyanın 157 çox ölkəsində 105 mindən artıq işçisi olan transmilli korporasiyaya çevrilib.
BSC ERP sistemi vasitəsilə bütün istehsal proseslərində məlumatların yığılması və ötürülməsinin avtomatlaşdırılması yolu ilə tam rəqəmsallaşmanın tətbiq olunmasını planlaşdırır.
Beləliklə də, günü-gündən inkişaf edən BSC metallurgiya sahəsində olan aparıcı beynəlxalq praktikanı tətbiq etməklə Azərbaycan iqtisadiyyatının daha da qüdrətlənməsinə öz töhfəsini verəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri