BMU məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb

11-09-2024 / 17:11

Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Məryəm Məmmədzadə Böyük Britaniya, İsveç və Macarıstan universitetlərindən qəbullar alıb. “Stipendium Hungaricum” təqaüd proqramını qazanan M.Məmmədzadənin seçimi Macarıstanın Szeged Universiteti olub.

Xeberler.az məlumat verir ki, o, magistratura təhsilini bu universitetdə tətbiqi riyaziyyat ixtisası üzrə davam etdirəcək. BMU-nun riyaziyyat müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə başa vuran M.Məmmədzadə təhsil aldığı dövrdə bir sıra proqramlarda fəal iştirak edib. 2020-ci ildə “Abb Tech” proqramlaşdırma akademiyasının təqaüdçüsü olub, “Back End Developer”i fərqlənmə diplomu ilə bitirib.

Yüksək bacarıqları ilə seçilən BMU məzunu 2021-ci ildən “ABB Startap” və “Azərbaycan 500 ASAN Startap” proqramında startap-sahibkar olub. Eyni zamanda, həmin ildən “LANDAU School”da riyaziyyat müəllimi vəzifəsində çalışır və məktəbin bir sıra hazırlıq proqramlarında yaxından iştirak edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə