Bakı şəhəri üzrə “BakuBus” MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.
Xeberler.az məlumat verir ki, yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir.
Hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim edilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması planlaşdırılır.
Yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır – telefon, “ağıllı” saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə etməlidirlər.
Layihənin pilot mərhələsi dekabrın 20-də ilk olaraq 500 nömrəli marşrut xəttində tətbiq edilib. NFC ödəniş texnologiyasının digər daşıyıcı operatorların marşrutları üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları