Previous Next
Bağla

Texnologiyaların inkişafı insanlara iş sahəsində nə vəd edir?

03-02-2017 17:41
Texnologiyaların inkişafı insanlara iş sahəsində nə vəd edir?

Yaxın 10 il ərzində dünyada və Azərbaycanda insan əməyindən az istifadə edilən sahələr yaradılacaq.

Bu barədə Xeberler.az-a Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili hazırda dünyada inkişaf edən texnologiya sahəsindən danışarkən məlumat verib.

Milli Məclisin deputatı yaxın 10 ildə dünya və Azərbaycanda aktiv fəaliyyətdə olacaq sahələr barədə məlumat verib.

T. Mirkişili qeyd edib ki, 2006-cı ildə dünyanın ən böyük 10 şirkətinin 5-i neft, 3-ü bank, 1-i sənaye və 1-i isə İT şirkət olub.

Onun sözlərinə görə, 10 il müddətində dünyada texnologiya, innovativ xidmətlər sahəsində çox böyük dəyişikliklər olub:

“Dünyada neft sərvətlərini İT sərvətləri artıqlaması ilə əvəz edib. Növbəti 10 il ərzində 4-cü sənaye inqilabının təsiri ilə bu meyl daha da güclənəcək. IV sənaye inqilabının əsas elementlərindən biri daha çox xidmət iqtisadiyyatının yaranmasıdır. İqtisadiyyatda, istehsalda, xidmət sahəsində daha çox süni intellektin tətbiqi və insanların ənənəvi əmək bölgüsündə tutduğu vəzifələrin tamamilə yeni vəzifələrlə əvəz olunmasıdır”.

Deputata vurğulayıb ki, əvvəllər istehsalda daha çox insan əməyindən istifadə edilirdisə, hazırda bunu robotlar əvəz etməyə başlayıb:

“Prosesin ilkin mərhələsində müəyyən xidmət sahələrində, daha çox təkrarlanan əməyin istifadə edilməsində kompüterlərdən, robotlardan istifadə olunmağa başlayıb”.

T.Mirkişili dünyada pilotsuz avtomobillərin istehsalı və onların geniş istifadəsində toxunaraq qeyd edib ki, bunun üçün çox böyük proqramlar həyata keçirilir:

“Yaxın gələcəkdə həm yük, sərnişin daşımasında, həm də hava nəqliyyatında pilotlardan istifadə minimuma endiriləcək. Bir müddətdən sonra  sürüclərə belə ehtiyac qalmayacaq. Yayılmış məlumatlara görə, artıq Rusiyanın Əmanət Bankı-da robot hüquqşünasların tətbiqinə başlayıb. Bununla da ənənəvi hüquqşünaslardan istifadəyə ehtiyac yaranmayacaq. İlkin məlumatlara görə, təkcə Əmanət Bankı-da  3500-dən çox hüquqşünasın ixtisar edilməsinə başlanılıb”.

Deputat bildirib ki, süni intellektin inkişafı ilə ənənəvi peşələr sıradan çıxmaqdadır:

“Gələcəkdə insanların əsas peşələri kompüterlərə proqram yazmaq və kompüterlərdən təlimat almaq" kimi 2 peşədən ibarət olacaq. Bu elə bir prosesdir ki, getdikcə ənənəvi, bəsit, təkrar olunan iş yerlərinin ixtisarına səbəb olacaq. İnsanların daha çox yaradıcı, süni intellektin yaradılması və onlara xidmətlə bağlı sahələrə yönləndirilməsi nəzərdə tutulur. Məhz buna görə dünyada yeni paradiqmalar var ki, bunlar daha çox təhsillə bağlıdır. Çünki insanların çox qısa müddətə yeni peşələrə yiyələnməsi üçün yeni təhsil proqramlarına daxil edilməlidir. Ənənəvi təhsildə 4 il bakalavr, 2 il magistr oxuyandan sonra insanlar bir peşəyə sahib olur və ömürlərinin axırına qədər bu sahədə çalışırdılarsa, hazırda dünyada yeni tələblər formalaşmağa başlayıb. Çox qısa müddətdə yeni təhsil sahələri yaradılmalıdır. Təkrar təhsil sektorunda insanlar öz peşələrini dəyişə bilməli, yaxud da yeni biliklərə yiyələnməklə öz iş yerlərinin təkmilləşməsinə nail olmalıdırlar. Bu, hazırda  dünyada gedən prosesdir”.

Tahir Mirkişili ölkəmizin bu tendensiyadan öz nəsibini alacağını xüsusi vurğulayıb:

“Bizdə ötən ildən başlayaraq peşə təhsilinin inkişafı ilə bağlı çox böyük işlər görülür. Bunun üçün ayrıca bir agentlik yaradılıb. Peşə təhsilinin xüsusi strategiyası da qəbul olunub. İnsanların qısa müddət ərzində peşə təhsilinə yiyələnməsi, yaxud qısa müddət ərzində peşəsini dəyişmək bacarığına malik olması təhsil sektorunda gedən işlərin yeni yaranan paradiqmalara cavab verməsinə hazırlıq kimi qiymətləndirilməlidir. Azərbaycan qlobal dünyanın tərkib hissədir. Qısa müddətdə dünyada baş verən hadisələr Azərbaycanda təzahür edir. Biz bunu müşahidə edirik. Ona görə də dünyada gedən proseslərin yaxın onilliklərdə ölkəmizdə də tətbiqinin şahidi olacağıq”.

Onun sözlərinə görə, Azərbaycan innovasiyaların ən çox idxal və tətbiq olunduğu ölkələrdəndir:

“Ona görə də bu prosesləri qısa müddətdə Azərbaycanda da müşahidə edə biləcəyik. Amma hər bir sektorda buna hazırlaşmağa ciddi ehtiyac var. Biz bunu etdikcə, digər ölkələrdə rəqabətdə uduzmamamağa başlayacağıq. Azərbaycanda baş verən islahatlar, eyni zamanda ölkə başçısının müasir texnologiyalardan istifadəyə çağırışı məhz bu tendensiyanın Azərbaycanın gələcəyə hazırlanmağına bir çağırışdır”.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Davamlı iqtisadi inkişaf innovativ ideyalar üzərində gerçəkləşə bilir”

19-09-2016

Deputat: “Kiberhücum insan cəmiyyətinin məhvinə səbəb ola bilər”

04-10-2017

Yeni texnologiyaların əmək bölgüsü

18-12-2018

Tahir Mirkişili: "Son 5 ildə kartlarla əməliyyatların sayı 12 dəfə artıb"

22-06-2023

"Azərbaycanda 20 minə yaxın İKT mütəxəssisinə ehtiyac var"

20-12-2022

“Texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafında mühüm rol oynayır”

25-04-2018

Nazir müavini: "Azərbaycanda İKT sahəsində ciddi mütəxəssis qıtlığı var"

19-12-2022

Qanunvericilik süni intellektin anlayacağı formatda hazırlanmalıdır

03-02-2025

Rövşən Rüstəmov : Azərkosmos komandasının formalaşdırılmasında heç bir çətinlik yaşamadıq

17-12-2018

"Azərbaycan İKT sahəsində ən əlverişli vergi mühitinə sahib ölkə olacaq"

20-12-2022

İT akademiyada 200 nəfərdən 15-i pulsuz oxuyacaq- Fotolar

16-09-2016

Deputat: Azərbaycanda hər 8 nəfərdən 1-i sahibkardır

04-05-2023

Azərbaycanda internetdən istifadə və dünyada III yer

23-01-2018

Azərbaycanda kriptovalyuta ilə bağlı qanun layihəsi hazılana bilər

10-12-2021

“Süni intellekt orta təbəqəni iş yerlərindən məhrum edəcək”

13-12-2016

Tahir Mirkişili: Türk Süni İntellekti yaradıla bilər

14-02-2025

Tahir Mirkişili: "PUA-larla bağlı icazə sistemi sadələşdiriləcək"

23-10-2023

Pilotsuz uçan aparatların “xarici pilot”-u kim ola bilər?

18-05-2016

“Verdiyim tapşırıq bəzən müəyyən müddətdən sonra icra edilmir”

26-01-2021

Azərbaycanda yeni xəbər mübadiləsi sistemi istifadəyə verilib

15-08-2020

Deputat:“Startaplara özəl sektor tərəfindən dəstək lazımdır”

12-01-2016

Sahibkarlıq üzrə yoxlamalar 2021-ci ilədək uzadıldı

31-10-2017

Tahir Mirkişili: "Daşımalarla bağlı icazə sistemi təkmilləşdirilir"

12-06-2023

ASAN Xidmət-də sahibkarlara lisenziya verilməsinə başlanıb

05-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə