Previous Next
Bağla

“Dövlət provayderləri özəl provayderlərə imkan vermir”

04-04-2018 12:05
“Dövlət provayderləri özəl provayderlərə imkan vermir”

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Bizim Yol” qəzetinə verdiyi müsahibədə ölkədə internetin sürəti məsələləri barədə danışıb.

Xeberler.az müsahibəni təqdim edir:

Osman bəy, internetdən istifadənin orta sürəti ilə bağlı indiki və hədəflənən rəqəmlər açıqlamısınız. Bu qədər fərqin yaranmasına səbəb nədir?

-Səbəb ondan ibarətdir ki, indiki halda Azərbaycanda genişzolaqlı internetin vəziyyəti ürəkaçan deyil.Bəzi statistik rəqəmlərə görə ölkə əhalisinin 55 faizi genişzolaqlı internetdən istifadə edir. Bu 55 faizin içərisində istifadəçilərin böük əksəriyyəti köhnə texnologiyanın üzərində olan genişzolaqlı internetdən istifadə edir. İndiki standartlarla yanaşdıqda buna genişzolaqlı internet  demək olmaz.Bu texnologiya ilə heç cür  böyük sürət əldə etmək mümkün deyil. O keçmiş standartlara görə böyük sürət sayılırdı.Qeyd etdiyimiz bu 55 faizi insanın da 40 faizi köhnə texnologiya ilə (ADSL) yüksək sürət əldə edirlər Demək  internet istifadəsinin yarıdan çoxu genişzolaqlı internetdən istifadə etmirlər. Bu ciddi bir problemdir

Bəs nə üçün belə bir vəziyyət yaranıb? Genişzolaqlı internetdən istifadənin ölkə ərazisini və əhalisini 100 faiz əhatə etməsi 7 ildən sonra olacaq. Belə hədəflənirsə, bu, çox uzun vaxt deyilmi? Hazırda normal ölkələrdə bu məsələdə vəziyyət necədir?

-Bu uzun müddət ərzində toplanmış problemdir, yalnız bu günün problemi deyil. Bu sahəyə yetərli qədər investisiya ayrılmayıb.4 il bundan öncə “hər evə optika” adlı bir layihə var idi. Hökumət bu layihənin reallaşdırılmasına 500 milyon manat pul ayırmalı idi. Bu Neft Fondunun maliyyəsi əsasında reallaşacaqdı.Bu layihə gerçəkləşsəydi indi vəziyyət tamamilə başqa şəkildə olardı. Amma son anda layihədən imtina edildi və bu məsələ opertorların və nazirliyin  daxili imkanları hesabına  qaldı. Daxili imkanlar da böyük deyil. Ölkəmizdə adambaşına düşən orta sürət 3,6-4 MB-dir. Qonşu ölkələrdə bu göstərici 6, 8, 10, 15 və 20 mb təşkil edir. Göründüyü kimi bizdə bu çox aşağıdır. Bu beynəlxalq təşkilatların ortaya qoyduğu statistik rəqəmdir.

-Nə üçün bizdə yüksək sürətli internet yoxdur? 

-Bizdə  genişzolaqlı internet xətti  əsasən telefon  xətti  üzərindən gəlir. Yəni alıcı nə qədər pul verirsə versin, o 10 MB sürət ala bilməz. Bu texnologiya yüksək sürətli internetlə təmin etməyə sadəcə imkan vermir. Bu texnologiyanın bəlli bir limiti var. Uzaqbaşı 5 MB. sürət verə bilər. Ona görə  indi dünyada ADSL yararsız  hesab olunur, sıradan çıxıb.Bu köhnə standartdır. Azrbaycanda geniş zolaqlı internet telefon xətti  üzərində oturan geniş zolaqlı  internetdir. Halbuki  LTE  genişzolaqlı texnologiyalar  tətbiq olunmaldıır.

Ölkəmizdə fiberoptik texnologiya ilə təmin olunma  cüzi faiz təşkil edir. Bu da ancaq Bakı şəhərindədir. Regionlarda isə cəmi 33-34 faiz genişzolaqlı internet mövcuddu. Bu söylədiklərim hamısı stratei yol xəritəsində də öz əksini tapıb. Strateji yol xəritəsinin 3 hədəfi var. Ən yaxın  hədəf, ortamüddətli hədəf, uzunmüüdətli hədəf. Hesabla 2020-ci il yaxın hədəfdir və internetin sürəti 2020-ci ilə qədər 20 MB-ə çatdırılmaldıır. Genişzolaqlı istifadəçilərin sayı 55 faizdən 75 faizə çatdırılmaldırı. Gedişat isə belə deyil. Yol strategiyası 2016-cı ildə qəbul olunub. Artıq ikinci ildir və demək olar ki, bir iş görülməyib. Vəziyyət kifayət qədər kritikdir.Bu gedişlə biz 2020-ci ildə nəinki 20 MB, heç 10 MB sürətə də nail ola bilməyəcəyik.

Bəs vəziyyətin ktritik olmasının əsas səbəbkarı kimdir?

Bizdə bu sahəyə nəzarət edən iki qurum var. Hər ikisi dövlətin provayderidir. Baktelekom və Aztelekom. Bunlar özəl sektoru yaxın buraxmırlar. Ölkədə 40-a qədər provayder var. Bu provayderlər genişzolaqlı internet çəkilməsi prosesinə yaxın buraxılmırlar. Fiberoptik internet çəkmək üçün yeraltı kabel kanal sistemindən istifadə etmək lazımdır.Yeraltı kabel  kanal sistemi Bakıda Baktelekomun, regionlarda Aztelekomun əlindədir. İcraçı bu iki qurumdur. Bunlardan özəl əsaslarla istifadəyə imkan yoxdur. Mən düşünürəm ki, dünyada da belə bir qayda var, bizim qanunvericilik də onu tələb edir ki, özəl və dövlət priovayderlərinə bərabər əsaslarla istifadə imkanı yaradılmalıdır. Özəl provayderlər də interntin çəkilməsi ilə məşğul olmalıdırlar. Belə qaydalr isə yoxdur.Qanun işlənib hazırlanmayıb. Yeraltı rabitə resurlslarından istifadə ilə bağlı tariflər olmalıdır.Məsələn icarə haqqı nə qədərdir, xəttin uzunluğuna görə, avadanlığa və. s görə tariflər paketi hazırlanmalıdır.Tarif Şurası bu tarifi müəyyən etməyib, Baktelekomla Aztelekom özü müəyyən edib.  Yəni kabel kanal sistemi də onlarındır, qaydaları da onlar müəyyən edirlər, tarifi də özləri qoyurlar. Ona görə də problemin həlli çox ağır gedir.Bu gedişlə də mən düşünürəm ki, “Stratei yol xəritəsi”ndəki hədəflərə çatmaq mümkün olmayacaq.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Regionlarda internet niyə zəifdir ?

13-09-2019

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016

Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

14-03-2019

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018

Samir Orucov: Sabit genişzolaqlı internet mobil interneti ötüb

27-01-2026

Azərbaycanda bitməyən internet problemi - Ekspertdən açıqlama

23-09-2020

Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

06-03-2020

Azərbaycanda orta internet sürəti niyə zəifdir?

15-10-2018

Nazir müavini: “Məqsədimiz 2024-cü ilə qədər azı 25 Mb/s sürətli genişzolaqlı internetdir"

22-03-2022

Azərbaycanda İnternetin sürəti orta göstəricidən dəfələrlə aşağıdır

03-08-2019

Azərbaycandakı ev təsərrüfatlarının 58 faizinin genişzolaqlı internetə çıxışı var

11-12-2023

Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

03-12-2015

Aztelekom genişzolaqlı internetin əhatə dairəsini genişləndirir

18-05-2012

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020

Nazir müavini: Azərbaycan əhalisinin 85 faizi internetdən istifadə edir

02-12-2021

Nazirlik rəsmisi: "Son 5 ildə internetin median yükləmə sürəti 9 dəfə artıb"

25-02-2026

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

10-05-2019

70 faiz internet xidmətləri fiber-optik kabel üzərindən göstərilir

07-03-2024

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021

“Aztelekom” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə