Previous Next
Bağla

Ekspert: Kimdir günahkar ?

15-09-2022 19:49
Ekspert: Kimdir günahkar ?
Bildirdiyimiz kimi, DTX, MİDA və VXSİ Dövlət Agentliyi gözlənilən birgə rəsmi açıqlamanı yayıblar.
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
"Açıqlamada bu gün baş tutmayan MİDA-nın onlayn mənzil satışı prosesinin səbəbləri qeyd edilib.
Rəsmi olaraq bildirilib ki, Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə xaricdən kiberhücum olub.
Bu səbəbdən də "prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq" mənzil satışı dayandırılıb. Baş verənlərlə bağlı cinayət işi başlanıb. Belə bir şəraitdə onlayn satışın dayandırılması qərarı doğrudur.
Amma, maraqlıdır, görəsən kimdi günahkar ki, bu cür dövlət əhəmiyyətli layihəni reallaşdırmaq mümkün olmayıb. Əgər, rəsmi olaraq təsdiqlənirsə ki, dövlət qurumuna qarşı kiberhücum olub, onda burada Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin də məsuliyyəti var. Çünki, məhz bu tip məsələlərlə bağlı cavabdeh qurum XRİT Dövlət Xidmətidir.
Fikrimcə, Asan Login sisteminə kütləvi DDoS hücumların, kiber müdaxilələrin zərərsizləşdirilməsi istiqamətində zamanında gərəkən tədbirlər görülməyib.
Əgər öncədən DDoS təhlükəsi nəzərə alınsaydı, adı çəkilən qurumun peşəkalığı ilə problemi aradan qaldırmaq çox asan olardı, ən azı Asan login və ya MİDA-ya xaricdən olan trafik bloklana bilərdi.
Beləliklə, rəsmi açıqlamadan sonra , düşünürəm ki, bu gün MİDA-nın onlayn satışının baş tutmamasına görə daha çox məsuliyyət daşıyan qurum XRİT Dövlət Xidməti və təbii ki, eGov Mərkəzidir.
Ümid edirəm, məsul şəxslər bunun fərqindədir və bir daha təkrarlanmaması üçün tədbirlər görüləcək.
Qeyd edim ki, bir müddət öncə Prezidentin fərmanı ilə kritik qurumların kibertəhlükəsizliyi ilə bağlı tədbirlər təsdiqlənib. Əsas səlahiyyətlər DTX və XRİT Dövlət xidmətinə verilib.
Fikrimcə, aidiyyatı qurumlar, xüsusilə də DTX və XRİT Dövlət Agentliyi dövlət qurumların, o cümlədən kritik qurumların təhlükəsizliyinin qorunması istiqamətində səylərini gücləndirməlidirlər".
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert:Nə üçün kiber hücum öncədən nəzərə alınmayıb?

15-09-2022

Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Login" sisteminə kiber müdaxilələr olunub

15-09-2022

Ekspert:"Qanunsuz müdaxilə" ilə bağlı ətraflı məlumat verilməyib

08-07-2022

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022

MİDA-nın mənzil satışına 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücum olub

23-09-2022

Mənzillərin onlayn satışında yaranan problemdə kimdir günahkar?

08-05-2018

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

Ekspert: MİDA hansı sürprizləri hazırlayıb ?

15-09-2022

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023

MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

29-12-2025

MİDA-nın onlayn satışına kiber müdaxilə olubmu? - Osman Gündüz

03-12-2025

MİDA yeni onlayn satış elan edib

16-11-2023

Güzəşitli mənzillərin onlayn satışı yenə şəffaf olmadı?-TƏHlİL

31-07-2023

Ekspert:MİDA güzəştli mənzillərin onlayn satış qaydalarını dəyişəcəkmi ?

12-08-2022

Ekspert: iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir 

14-08-2022

Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

22-01-2020

MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

30-01-2019

Güzəştli mənzillərin satışı başlayacaq

03-09-2018

Naxçıvanın rəqəmsal-innovativ mühiti 15-20 il geridədir-EKSPERT ŞƏRHİ

10-12-2022

Ekpert: Sosial evlərin satışı canlı yayımda təşkil olunsun

26-12-2019

MİDA-nın adından saxta sənədlər hazırlayanlar aşkarlanıb

18-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə