“Teknofest”də diqqət çəkən məqamlardan daha birisi də ölkənin İT biznesinin, texnologiya şirkətlərinin burada iştirak etməməsi oldu.
Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti,ekspert Osman Gündüz “Facebook”da paylaşıb.
“Türkiyədən çoxsaylı texnoloji şirkətlər festivala qatıldığı halda, hətta dronları min kilometrlərlə yol qət edərək festivala qatıldığı halda bizim özəl biznes burada iştirak etmirdi.
Özəllərdən yalnız “İDRAK” şirkəti və “A2Z” gözə dəyirdi və aktiv iştirak edirdilər.Vəssalam.
Azərbaycan tərəfdən iştirakçılar arasında dövlətin xüsusi çəkisinin yüksək olması, dövlət qurumları və dövlət şirkətlərinin üstün mövqeyi diqqət cəlb edirdi. Hansı ki, bəlkə də tərsinə olmalı idi.
Ən maraqlı məqam isə odur ki, hətta əsas təşkilatçı olan RİNN-lə əməkdaşlıq edən, onların hesabına yetərincə pul qazanan İT şirkətlər, festivalın əsas tərəfdaşı olan ASAN-ın AZİNTEX konsorsiumuna daxil olan , əsasən dövlət sifarişlərinin üzərində "oturan" texnoloji şirkətlərimiz də bu cür əhəmiyyətli tədbirə qatılmamışdılar.
Amma bununla belə, onlar uzun illər, “Teknofest”lə müqayisə oluna bilməyən və daha az əhəmiyyət kəsb edən BakuTel-ə yüz minlərlə yerpulu xərcləyiblər.
Ümid edirəm, təşkilatçılar, cavabdeh qurumlar, dövlət sifarişlərini İT şirkətlərə yönəldənlər bunun fərqində olacaqlar.”
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri