Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə “eSAS” Könüllülük proqramı çərçivəsində həyata keçirilən “Azərbaycan dili üzrə nitqin tanınması üçün məlumat bazalarının toplanması” layihəsi üzrə ən fəal, ən çox mətn səsləndirən könüllülərin mükafatlandırılması mərasimi təşkil edilib.
Xeberler.az bildirir ki, tədbirdə, eyni zamanda, “eSAS” Könüllülük proqramı çərçivəsində baş tutmuş digər layihələrdə də aktivliyi ilə seçilən könüllülər təşkilatçılar tərəfindən sertifikatlar, təşəkkürnamələr və müxtəlif qiymətli hədiyyələrlə təltif olunublar.
Nitqin tanınması üzrə layihənin həyata keçirilməsində məqsəd Azərbaycan dili üzrə nitqin tanınması üçün süni intellekt və maşın öyrənmə sahəsinin inkişafının sürətləndirilməsi və dəstəklənməsi, müxtəlif növ iri məlumat bazalarının toplanmasından ibarət olub. İlkin mərhələdə dil korpusunun hazırlanması üçün “eSAS” könüllülərinin iştirakı ilə cümlələr toplanıb, mətnlər “opendata.az” saytında xüsusi bölmədə (ai.opendata.az) yerləşdirilib və müvafiq qaydada yoxlanılıb.
Qeyd edək ki, layihə çərçivəsində 350 saatdan çox mətn səsləndirilib. Layihəyə Azərbaycan Könüllü Təşkilatları İttifaqı da qoşulub və aktiv şəkildə fəaliyyət göstərib.
Məlumat üçün bildirək ki, “eSAS” könüllülərinin fəaliyyətindən ilk olaraq, pandemiya dövründə müvafiq rəqəmsal xidmətlərə asan çıxışının təmin edilməsi məqsədilə yaradılan “reqemli.az” saytının onlayn çat xidmətində əhalinin suallarına operativ cavab verilməsi, həmçinin saytın hazırlanması və sayta məlumatların yerləşdirilməsində istifadə edilib.
Həmçinin “eSAS” könüllüləri Vətən müharibəsi zamanı Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı informasiya müharibəsində sosial şəbəkə istifadəçiləri olaraq Azərbaycanın maraqlarının qorunmasında aktiv iştirak ediblər. Belə ki, onlar dünya ictimaiyyətində, internet resurslarında ölkəmiz haqqında yayılan dezinformasiyaların, yalan və ya təhrif edilmiş məlumatların aşkar olunması, onların təkzib edilməsində iştirak edib, Azərbaycan reallıqlarının və haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində uğurlu fəaliyyət göstəriblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri