MiniLab tələbələrə kömək edəcək-Fotolar

02-05-2016 / 10:52

Məlumat verdiyimiz kimi, Yeni Fikir 2016-nın qalib startapları açıqlandı.

Qaliblər arasında 3-cü yeri qazanan MiniLab layihəsi oldu.

Startap qruplarında layihə barədə ciddi müzakirələr aparıldı. Belə ki, layihə haqda ətraflı məlumat olmadığı üçün MiniLab-in iş prinsipi hər kəs üçün maraqlıdır.

Xeberler.az olaraq layihə rəhbəri Rəşid Əliyevla bu barədə ətraflı söhbət etdik.

Rəşid Əliyev bidirib ki, qərb dünyasında, avropa universitetlərində, kolleclərində, məktəblərində, elektronikanın, avtomatikanın, kompüter texnologiyalarının əsaslarının tədrisində istifadə olunan MiniLab texnologiyasını Azərbaycanda yaradıblar. Belə ki, bu texnologiya universitetlərdə texniki sahələrdə oxuyan tələbələrə, məktəblərin yuxarı sinif şagirdlərinə, mühəndis texniklərə, bu sahəylə maraqlanan həvəskarlara öz lahiyələrini reallaşdırmaqda kömək edəcək:

“Cihazın üstünlüyü ondan ibarətdir ki, hətta elektronika sahəsində biliyi olmayan adam belə bu cihaz üzərində qısa müddətdə və səmərəli şəkildə, sıfırdan elektronikanın, avtomatikanın və buna yaxın sahələrin əsaslarını öyrənə bilər. Bu cihaz öyrətməklə kifayətlənmir həmçinin istifadəçiyə öz kiçik və orta lahiyələrini reallaşdırmağa imkan verir. Mühəndislik sahəsində oxuyan hər bir tələbə bu cihaza sahib olmaqla, asanlıqla universitetdə, laboratoriyada, evdə, istənilən yerdə öz laboratoriya işini, lahiyəsini, sxemini qura bilər. Cihaz üzərində tədris keçən şəxs gələcəkdə öz lahiyəsini, cihazını yarada bilər”.

Onun sözlərinə görə, lahiyə və ciha ölkəmizdə elektronika, avtomatika, yüksək texnlogiyalar sahəsində təcrübəli və ixtisaslı kadrların yaranmasına imkan yaradacaq:

“Cihaz ölkəmizdə istehsal olunduğu üçün xarici rəqiblərindən ucuz  və qiymət cəhətdən rəqiblərinə nəzərən funksionallığı genişdir. Hər bir tələbə, şagird, həvəskar təxminən 200 manat ödəməklə öz evində, getdiyi yerdə portativ olaraq öz laboratoriyasını yerləşdirəcək və daşıyacaq. Artıq bir neçə prototipimiz mövcuddur. Cihazın satışlarını da etmişik. Hətta bir neçə müəssisə ilə danışıqlar aparmışıq və uğurlu təqdimatlar keçirmişik”.

Qeyd edək ki, layihə rəhbəri Rəşid Əliyev  45 il ekspermental fizika sahəsində çalışıb, ixtiraların müəllifi, xarici ölkələrdə təcrübələr keçib.

O, Vilnüs Dövlət universitetində ixtira müəllifidir.

Rəşid Əliyev hazırda Bakı Dövlət Universitetində  aparıcı mühəndis, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində mürəkkəb cihazlar  üzrə ekspertdir.

Lahiyənin mühəndisi texniki Almaniyada təcrübələr keçmiş, hazırda avtomatik sistemlər üzərində işləyən tanınmış şirkətin mühəndisi Əli Əliyevdir.

Lahiyənin  marketinq və biznes üzrə işləri ilə məşğul olan, Ankara Bilkent Universitetin tələbəsi Fəhmin Dadaşovdur.

Veb sayt,reklam işləri ilə məşğul olan komanda üzvü  Barama İnnovasiya mərkəzində çalışan, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Munis İsazadədir.

Cihazın dizayn işləri və saytın dizayn işləri ilə məşğul olan həmin universitetinin tələbəsi Nadir Əzizovdur.

Software development hissəsi ilə Elçin Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi  məşğuldur.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə