Xeberler.az yeni tədris ilindən Azərbaycan Texniki Universitetində “Elektron hökumət” xidmətləri üzrə üç laboratoriyanın fəaliyyət göstərəcəyi haqqında məlumat vermişdi.
Xeberler.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi baş mütəxəssisi Nadir Rəsulovun verdiyi məlumata görə, laboratoriyaların qurulması üzərində işlər davam etdirilir, hazırlıq işləri tamamlanmaq üzrədir. Burada tələbələr xidmətlərin formalaşmasını, elektron xidmətlər üçün ayrı-ayrı strukturların sistemə qoşulması funksiyasını özləri bilavasitə yerinə yetirə biləcəklər. Və müəyyən proqramların yazılmasını icra edəcəklər”.
Yeni yaradılan elektron imza laboratoriyası "Elektron idarəçilik, İnformasiya sistemləri və kibertəhlükəsizlik” elm-təhsil və texnologiyalar birliyi adlandırılacaq.
MHM-dən o da bildirilib ki, laboratoriyanın yaradılmasında əsas məqsəd tələbələrin praktiki hazırlığının yüksək səviyyəyə çatdırılması, universitet bitdikdən sonra müəssislərdə işləmək bacarıqlarının formalaşmasıdır.
“Bizim əsas məqsədimiz praktiki məşğələlərə üstünlük verilməsi və həm də tələbələri elektron imza infrastrukturu ilə tanış etməkdir”.
MHM-in baş mütəxəssisi bildirib ki, universitetdə bu fənn bir neçə ildir tədris olunur, biz sadəcə praktiki təcrübənin artmasına kömək edirik. Məşğələlər tədris planına uyğun olaraq keçirildiyi üçün tələbələrə məşğələnin sonunda sertifikat verilməyəcək”.
Laborotoriyanın maliyyə məsələsinə gəldikdə isə baş mütəxəssis Nadir Rəsulov qeyd edib ki, MHM və Texniki Universitet resurslarını birləşdirərək laboratoriya ərsəyə gətirilib.
“Dərslərin keçirilməsində öz mütəxəssislərimizdən istifadə edəcəyik. Mütəxəssislərimiz mühazirələrə, laboratoriya işlərinin aparılmasına nəzarət edəcək. Texniki Universitetin hər bir tələbəsi bu laboratoriyanın xidmətlərindən istifadə edə biləcək”.
Sonda baş mütəxəssis qeyd edib ki, Texniki Universitetlə razılığa əsasən növbəti dərs ilində dərs planında olmayan bəzi praktiki məşğələlər fakultətiv formada keçiriləcək.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri