İlin ən vacib 10 texnologiyası

07-04-2015 / 11:54

Ən maraqlı və əhəmiyyətli texnologiyaların sıralaması aparılıb.

1.Hidrogenlə işləyən maşınlar siyahının lideridir. Bu avtomobillər hava çirklənməsinin qarşısını almağa kömək edir. Hidrogen atmosfer oksigeriylə birləşərək elektrik yaradır və beləliklə avtomobil hərəkət edir.

 

2. Siyahıda 2-ci yerdə yeni nəsil robotlar iştirak edir. Bu robotlar insan əli kimi elastik bir quruluşa sahib olmaları, ətraf şərtləri daha yaxşı qəbul etmələri və buna görə hərəkət etmələri ilə fərqlənir. Daha çox kənd təsərrüfatı sahəsində istifadə edilməyə başlanacaq robotlar sayəsində, təkrarlanan işlərin 24 saat ərzində daha ucuza edilməsi və böyük iqtisadi fayda təmin edilməsi mümkün olacaq.

3.Təkrar istehsal ola bilən plastiklər 3-cü sırada yer alır. Bu texnologiya mobil telefonlardan təyyarələrə qədər bir çox sahədə istifadə olunan yerlərdə təkrar istehsal olma xüsusiyyəti ilə ön plana çıxacaq. Yeni texnologiyaolan  sahib olan plastiklər, gələcək 5 il içində təkrar istehsal olunmayan plastiklərin yerini alacaq.

4. “Həssas genetik mühəndislik" texnikası ilə yeni bir mərhələ başlayacaq. Bitkilərin  genetik kodları dəyişdirilərək və daha bəsləyici və dəyişən iqlim şərtlərinə uyğun hala gətiriləcək.

5. 3D printer texnologiyası siyahının 5-ci sırasında yer alır. 3D printerlərlə yaradıcı fikirlər məhsullara, parçalara sürətli bir şəkildə çevrilə biləcək.

6.  "Yeni süni zəka texnologiya" ilə insanların ehtiyac duya biləcəyi bir çox xidmət ağıllı robotlar vasitəsilə reallaşdırılacaq. Siyahıda 6-cı yerdə olan texnologiyayla düşünmə bacarığı olan robotlar sayəsində istehlakçıya ağıllı məhsullar təqdim ediləcək.

7. Siyahıda 7-ci yerdə olan "paylama istehsalı" texnologiyası fabrikalardaki tullantıların miqdarının azaldılması məqsədilə yaradılıb. Beləliklə ətrafın çirklənməsi də azaldılmış olacaq.

8. İnsansız hava təyyarələri siyahıda 8-ci yeri tutur. Bu təyyarələr havada gözlənilməyən təhlükələrə qarşı ani tədbirlər ala biləcək və insanlar üçün riskli olan vəzifələri də yerinə yetirə biləcək.

 

9. "Nöromorfik texnologiyası" kompüterlərin insan beyni kimi işləməsi və düşünmə qabiliyyətinə sahib olmasını təmin edəcək.

 

10.Rəqəmsal gen texnologiyası Siyahının sonuncusu olan "Rəqəmsal gen texnologiyası" ilə də insan DNA-sı, USB vasitəsilə yaddaşa yüklənə bilir. Daha təsirli sağlamlıq xidmətinin verilməsi, həkimlərin xərçəng kimi xəstəliklərdə daha tez qərar verə bilməsi məqsədilə yaradılıb.

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə