Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə 150-dən çox dövlət qurumunun informasiya təhlükəsizliyi sahəsinə məsul nümayəndələri iştirak edib.
Xeberler.az bildirir ki, tədbirin əsas məqsədi dövlət orqanlarında informasiya təhlükəsizliyi risklərinin sistemli və effektiv idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, mövcud təhdidlərə qarşı vahid yanaşmanın formalaşdırılması və risklərin uçotu üçün praktik tətbiq alətlərinin təqdim edilməsi olub.
Açılış mərasimində çıxış edən XRİTDX-nin baş idarə rəisi general-mayor Azər Əhədov qeyd edib ki, müasir dövrdə rəqəmsal mühitin genişlənməsi fonunda informasiya təhlükəsizliyi məsələləri artıq yalnız texniki yanaşma ilə məhdudlaşmır, strateji və institusional idarəetmə komponenti kimi çıxış edir. Bu baxımdan risklərin vaxtında müəyyən edilməsi və idarə olunması dövlət informasiya resurslarının qorunmasının əsas şərtlərindən biridir.
XRİTDX bu istiqamətdə normativ və metodoloji çərçivənin formalaşdırılması, eləcə də risklərin idarə olunması üzrə vahid yanaşmanın tətbiqi sahəsində əsas icraçı qurum kimi çıxış edir.
Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Tədbir çərçivəsində informasiya təhlükəsizliyi risklərinin idarə olunması sistemi, təhdidlər və həllər kataloqu, eləcə də informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılması qaydası üzrə təqdimatlar keçirilib. Çıxışlarda risklərin müəyyənləşdirilməsi və təsnifatı, onların prioritetləşdirilməsi, habelə aradan qaldırılması mexanizmləri ilə bağlı yanaşmalar ətraflı izah olunub, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda iştirakçıları maraqlandıran məsələlər üzrə fikir mübadiləsi aparılıb və praktiki tətbiq mexanizmləri ilə bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyasının Tədbirlər Planı ilə müəyyən olunmuş tapşırıqlardan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2025-ci il tarixli 411 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası”nın icrası çərçivəsində təşkil olunub.






Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları