Previous Next
Bağla

Kaspersky: sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır

07-12-2021 12:19
Kaspersky: sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır

“Kiçik və orta biznes: pandemiyada sağ qalmaq” adlı sorğu* zamanı Kaspersky sahibkarların koronavirus məhdudiyyətləri ilə bağlı xərcləri necə yenidən bölüşdürdüyünü, həmçinin onların gələcək üçün planlarını öyrənib. Məlum olub ki, KOB sektorunun əksər sahibkarları büdcədən çıxarılmış xərcləri, məsələn, reklam və
personal xərclərini bərpa etməyə hazırdır.

Sorğunun məlumatlarına görə, kiçik şirkətlərin ümumi maliyyə rifahı 2020-ci ilin martından etibarən 66% azalıb. Respondentlərin yarısından çoxu (52%) hesab edir ki, son dövrlər ərzində müşahidə olunan maliyyə çətinlikləri daimi olacaq və biznes hər zaman nəyə xərc qoymaq, nəyə isə qənaət etmək seçimi qarşısında qalacaq.

Pandemiya dövründə kiçik şirkətlərin 45%-də kirayə, nəqliyyat və xüsusi texnikanın alışı və təmiri, 42%-də reklam və biznesin inkişafı xərcləri, 37%-də isə əməkdaşların məvacibləri azaldılıb.

Bununla belə kiçik və orta biznesin nümayəndələri gələcək haqqında pozitiv düşünürlər və bunu onların azaldılmış xərcləri bərpa etmək niyyəti sübut edir. Belə ki, sorğuda iştirak edənlərin əksəriyyəti reklam və inkişafa yenidən aktiv şəkildə yatırım etməyi (44%), həmçinin əməkdaşların məvaciblərini artırmağı (42%), İT həllər və avadanlığa yatırım etməyi (müvafiq olaraq 41% və 36%) planlaşdırır. Sahibkarların bir hissəsi həmçinin kirayə, avtomobil alışı və təmiri (20%) xərclərini bərpa etməyin, informasia təhlükəsizliyinə (24%) və hüquqi və sığorta xərclərinə (20%) büdcə ayırmağın hesabını aparır.

“Araşdırma göstərdi ki, sahibkarlar öz gələcək imkanlarını pozitiv qiymətləndirməyə başlayıblar. Bu onların müəyyən xərcləri bərpa etmək istəklərindən aydın şəkildə görünür. Biznesin effektivliyinə birbaşa təsir göstərən aşkar yatırımlarla yanaşı, sahibkarların əsas xərcləri sırasına rəqəmsal inkişafla bağlı bir neçə mövqe də daxildir: avadanlıq, texnologiya və informasiya təhlükəsizliyinə yatırım”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib. “Öz tərəfimizdən biz usanmadan xatırladırıq ki, biznesin rəqəmsallaşması sahibkarın özü və əməkdaşları kimi, bu şirkətlərin məhsul və xidmətlərdinən istifadə edən istehlakçılar üçün də təhlükəsiz olmalıdır”.

Kiçik və orta biznes rəqəmsallaşma şəraitində maksimum şəkildə rahat və təhlükəsiz çalışsın deyə Kaspersky biznes sahiblərinə tövsiyə edir:

1. xüsusi olaraq hazırlanmış “Kiçik biznes üçün kiber təhlükəsizlik şparqalkası”-da toplanan IT xərclərinin azaldılması, müştərilərlə təhlükəsiz ünsiyyət, frilanserlərlə iş üzrə pulsuz tövsiyələrlə tanış olun;

2. əməkdaşlara müntəzəm olaraq əsas təhlükəsizlik tədbirlərini xatırladın: şübhəli mesajları açmasınlar, müxtəlif hesablar üçün fərqli və mürəkkəb şifrələr düşünsünlər və onları tez-tez dəyişsinlər;

3. sistem administratoruna iş cihazlarının təhlükəsizliyini vahid paneldən idarə etməyə imkan verən xüsusi qoruma həllərindən istifadə edin. Kaspersky Endpoint Security Cloud bu cür həllərdən biridir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: yeni texnologiyaların tətbiqi və maaş artımı sahibkarlar üçün prioritetdir

Kaspersky: yeni texnologiyaların tətbiqi və maaş artımı sahibkarlar üçün prioritetdir

04-10-2021
Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021
Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021
 Şirkətlər xərcləri azaltmaq üçün pirat proqramlardan istifadə edir?-Sorğu

Şirkətlər xərcləri azaltmaq üçün pirat proqramlardan istifadə edir?-Sorğu

15-11-2022
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020
Kaspersky pandemiya ilə bağlı araşdırma edib

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020
Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021
“Kaspersky” yayın sonuna kimi kiçik sahibkarlar üçün ödənişsiz olacaq

“Kaspersky” yayın sonuna kimi kiçik sahibkarlar üçün ödənişsiz olacaq

21-04-2020
Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022
Menecerlər və İT mtəxəssislər arasında anlaşmazlıq nəyə səbəb olur?

Menecerlər və İT mtəxəssislər arasında anlaşmazlıq nəyə səbəb olur?

19-01-2023
Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021
Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020
Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

06-04-2022
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020
Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020
Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022
Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

20-09-2016
Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

18-11-2020
KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

09-10-2025
Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022
Kaspersky-in nümayəndəsi: Kiber təhlükəsizliyin tam təmin edilməsinə dair fərdi həllər təklif edirik

Kaspersky-in nümayəndəsi: Kiber təhlükəsizliyin tam təmin edilməsinə dair fərdi həllər təklif edirik

29-04-2020
Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə