Previous Next
Bağla

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019 13:19
“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

Xeberler.az bildirir ki, “Kaspersky Lab” şirkətinin mütəxəssisləri “Google Play”də zərərli bekdor “MobOk” proqram təminatı ilə təhciz olunmuş iki fotoredaktor həlli tapıb. Tətbiqlərə abunə ingilis, rus və tay dillərində, həm də ödənişli əsaslarla olub. Zərərli proqram gizli hərəkət edib və zərərçəkmişlər ancaq mobil hesablarından pullar gözlənilmədən silindikdən sonra bundan xəbər tutublar. “Pink Camera” və “Pink Camera 2” yalançı fotoredaktorları 10 min dəfədən çox yüklənilib. Təhlükəli tətbiqlər “Google Play”dən artıq silinib.

Bekdor ən təhlükəli proqram təminatı olaraq, cinayətkarlara onun sahibinin xəbəri olmadan cihazı üzərində nəzarəti əldə keçirməyə imkan verir. “Pink Camera” dakı təhlükəni aşkarlamaq çətin idi, çünki tətbiqlər həqiqətən də fotoredaktor xidmətləri göstərir və rəsmi mənbədən yüklənirdi.

Tətbiqlər lazımi məlumatlara çıxışı əldə edən kimi, onlara yüklənmiş bekdor fon rejimində cihaz haqqında məlumatları toplayaraq cinayətkarların serverinə göndərirdi. Nəticədə, zərərli proqram abunə olma səhifəsinə gətirib çıxaran bir sıra linklər alırdı. Daha sonra “MobOk”, müvafiq sətirə istifadəçinin telefon nömrəsini əlavə edirdi, üstəlik, əgər abunə səhifəsi “CAPTCHA” texnologiyası ilə qorunubsa, bekdor onu avtomatik keçirdi. Əgər abunəni aktivləşdirmək üçün SMS kodu tələb olunurdusa, zərərli proqram bildirişlər haqqında məlumatı istifadə edərək bu mərhələdən müvəffəqiyyətlə keçirdi. Bütün bunlar istifadəçinin iştirakı olmadan və ondan xəbərsiz reallaşırdı.

Gizli bekdor funksiyaları istifadəçilərdən pul oğurlamağa imkan verirdi. Bu kimi zərərli proqramların qurbanına çevrilməmək üçün istifadəçilərə tətbiqləri hətta rəsmi mənbədən yükləyərkən tələb olunan məlumatlara diqqət yetirməyi, eləcə də mobil cihazlarına “Android üçün Kaspersky Internet Security” həllini yükləməyi tövsiyə edirik”, deyə “Kaspersky Lab” şirkətinin  antivirus mütəxəssisi İqor Golovin bildirib.

“Kaspersky Lab” həlləri istifadəçiləri MobOk-dan qoruyur.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Android"də yeni virus SMS-i gizlətməyi öyrənib

03-07-2022

Play Store-da 700 mindən çox proqram silindi

31-01-2018

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022

1 milyondan çox Android telefon təhlükədədir

11-11-2016

Andorid telefonlar üçün təhlükə-Yeni virus

16-06-2017

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

04-07-2019

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Kaspersky Lab : Taxtların oyunları ən viruslu serialdır

11-04-2019

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021

Kaspersky xəbərdarlıq edir: naməlum tətbiqlərə “yox” deyin

11-10-2021

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə