Previous Next
Bağla

Kaspersky Lab : Taxtların oyunları ən viruslu serialdır

11-04-2019 12:12
Kaspersky Lab : Taxtların oyunları ən viruslu serialdır

Kibercinayətkarlar zərərli proqram təminatlarını yaymaq üçün son vaxtlar məşhur televiziya seriallarının pirat versiyalarını istifadə edirlər.

Xeberler.az  bildirir ki, Kaspersky Lab-ın mütəxəssisləri son iki ildə məşhur olan teleşouların epizodlarını təqdim edən zərərli faylların yüklənməsi statistikasını təhllil edərək belə qənaətə gəliblər. Ən “viruslu” 2018-ci ildə bütün zərərli faylların 17% təşkil edərək “Taxtların oyunları” serialı olmuşdur. Maraqlıdır ki, keçən il bu fantastika dramının yeni seriyaları çıxmayıb. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə, bütün dünya bu serialın yeni sezonuna baxan zaman, bu göstərici 22% olmuşdu.

Ümumiyyətçə, zərərvericilər “Taxtların oyunları” vasitəsi ilə bütün dünyada 21 minə yaxın istifadəçiyə hücum ediblər. Kaspersky Lab-ın mütəxəssisləri hesab edirlər ki, ən təhlükəli serialın hər sezonun ilk və son seriyaları olur: məs bu seriyalarla zərərvericilər daha çox zərərli fayllar gizlətməyə çalışırlar. Ən aktiv isə serialın ilk epizodu olan “Qış yaxındadır” epizodunu istifadə edirlər.

Kaspersky Lab-ın ekspertləri indiyə kimi “Taxtların oyunları” adı ilə 33 növ təhlükə və 505 zəzərli proqram təminatları qeydə alıblar. Ən çox istifadəçilər troyan (üçdə bir hallarda), reklam proqram təminatı (28%) və yükləmələr (21%) istifadə edirlər. Birincilərin təhlükəsi çox aydındır: troyanlar yoluxmuş cihaza böyük zərər verə bilər, konfidensial məlumatların oğurlanmasından tutmuş gadjet üzərində tam nəzarəti ələ keçirməyə qədər. Ancaq reklam proqram təminatı üzərindən yaranan risk çox da aydın deyil, bu zərəvericilər istifadəçinin rəqəmsal cihazlarla qarşılıqlı fəaliyyətində lazımsız reklamları göstərməklə və ya axtarışın nəticələrini dəyişdirərək ciddi təsir edə bilər.

“Biz görürük ki, zərərli proqram təminatlarını yayanlar məşhur teleserialların pirat versiyalarına güclü maraq göstərirlər: onlar sevdikləri şouların yeni seriyasını daha tez görmək istəyən istifadəçilərin səbirsizliyindən istifadə edirlər. “Taxtların oyunları” serialının son sezonunun çıxması ərəfəsində kibercinayətkarların yenı aktivliyini gözləmək olar – yəqin ki, yeni seriyalar adı altında zərəli proqram təminatlarının sayı artacaq” – bunu Kaspersky Lab-ın antivirus üzrə mütəxəssisi Anton İvanov deyib.

“Taxtların oyunları”-ndan başqa yüksək yoluxma riski həmçinin digər məşhur serial olan “Gəzən ölülər”-dən (təbii ki, söhbət onun pirat versiyasından gedir) gəlir. 2018-ci ilin potensial təhlükəli serialların top siyahısına həmçinin “Ox”, “Fors-majorlar”, “Vikinqlər”, “Böyük partlayış nəzəriyyəsi”,”Qeyri adi”, “Ehtirasın anatomiyası”, “Bu bizik” və “Yaxşı həkim” filmləri daxildir.

Kasperski Lab məşhur serialların adı altında yayılan zəzərli proqram təminatlarının
qurbanına çevrilməmək üçün istifadəçilərə aşağıdakıları məsləhət görür:

  • Yoxlanılmış, əqli mülkiyyət hüquqlarını qoruyan multimediya kontenti istehsal edən və yayan ligitim servisləri seçin;
  • Yüklənən faylın genişlənməsinə fikir verin - əgər bu videofayldırsa, heç bir halda .exe  genişlənməsi ola bilməz (ancaq zərərli proqram təminatlarında belə hallar tez-tez olur)
  • Veb-saytın saxta olub olmamasını yoxlayın, o cümlədən əvvəldə https yazılması və URL ünvanının düzgün yazılmasını;
  • Yeni seriyaların nümayışını elan edən şübhəli linklərə keçməyin – rəsmi cədvəli təqib etməniz və baxışları ona uyğun etməniz yaxşı olar;
  • Bütün növ hücumları tanıyan və blok edən etibarlı qoruma həlləri istifadə edin, məsələn Kaspersky Security Cloud
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019
“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019
Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021
Mobil bank troyanların kəskin artması aşkar edilib

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

04-07-2019
Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018
Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
FinSpy messencerlərdəki yazışmaları oxuyur

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019
Ötən il dünya üzrə mobil təhlükələrin sayı iki dəfəyədək artıb

Ötən il dünya üzrə mobil təhlükələrin sayı iki dəfəyədək artıb

07-03-2019
Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Kaspersky Lab hesabat açıqladı

Kaspersky Lab hesabat açıqladı

29-06-2018
Yeni zərərli proqram aşkar edilib

Yeni zərərli proqram aşkar edilib

11-05-2018
Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016
Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

29-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə