Previous Next
Bağla

Kontent provayderlər istehlakçıları aldadır

16-09-2016 11:28
Kontent provayderlər istehlakçıları aldadır

İnkişaf edən texnologiyalar qarşısında tarixə qarışmaq üzrə olan SMS xidmətləri, Kontent provayderləri başqa yollara əl atmağa məcbur edir.

OTT (WhatsApp, Viber və b.) imkanlarının genişlənməsi ilə bərabər insanlar öz aralarında Zəng və SMS yerinə Messenger-ə üstünlük verdilər. Belə olan halda şirkətlər “müştəri harada biz orada” prinsipi ilə internet kanalları üstündən (SEM, SMM) reklamlarını alıcılara çatdırmağa başladılar. Nəticəsində operatorlardan aldığı SMS xidmətlərini sata bilməyən Kontent provayderlər günü gündən qan itirməyə başladı. Təkcə  2016 ci ilin 1-ci rüb müqayisəsində Azərbaycanda Kontent provayderlərin gəlirlərinin 40-50% azaldığını, ixtisara gedib və bir çox mikro provayderlərin isə bağlandığını görürük.

Vəziyyətdən çıxış yolunu axtaran bəzi kontent provayderlər yeni nömrə alanlara avtomatik şəkildə “hava durumu, valyuta, bürc” kimi xidmətlərə xəbərsiz abunə etdilər. 1 həftəlik pulsuz xidmət verib daha sonra isə STOP sözünü göndərməyənlərin balansından hər gün pul çıxmağa başladılar. Bir çox müştəri telefonuna gələn mesajları görməzdən gəldi, balansından pul tutulmağa başlayanda operatorlarla əlaqə saxlayıb problemin həll yolunu və pullarını geri qaytarılmasını tələb etdilər. Əlbəttə ki, operatorlar məsələnin məsuliyyətini üzərinə götürməyib, müştərini problemin həlli üçün, xidmətlərini toplu satdığı kontent provayderlərə üz tutmağa yönləndirdi. Bundan sonra sözün əsl mənasında aləm bir birinə dəydi.

Uzaqdan satışlar və Elektron Ticarət (mal və xidmətlər) haqqında inkişaf etmiş qanunvericiliyinin olmaması istehlakçıları çətin vəziyyətdə qoyur, amma istehlakçının məlumatsızlığından gəlir əldə edən Kontent provayderlər kassasını doldurmağa başladılar. Bununla yetinməyən Kontent provayderlər müxtəlif “lotereya, idman, tv proqram” SMS abunəlik servislərinin reklamını hər gün abunəçilərin nömrələrinə göndərərək onları bezdirməyə başladılar. Bəzi abonentlər səhvən gələn SMS-I bağlamaq yerinə cavab düyməsini sıxıb servislərə abunə oldular. Səhv nəticəsində pulun geri qaytarılması tələb etdiklərində isə Kontent provayderlər müxtəlif bəhanələrlə bunu qəbul etmədilər. Çünki bu xidmətlərə qoşulan abunəçilər ilə “Kontent Provayderlər” arasında heç bir yazılı müqavilə yoxdur. Məlumatsız İstehlakçılar məcburda olsa bu vaxta qədər ödədikləri pulları provayderlərə bağışlayıb, bundan sonrası üçün abunəliklərini dayandırdılar.

Əslində isə Elektron Ticarət haqqında təkminləşdirilmiş qanunvericilik, uzaqdan satılan mal və xidmətlər haqqında bütün məsələləri həll edə bilərdi. Qanun olsaydı, istehlakçılar qeyri-qanuni yolla abunə olduqları servislərdən pullarını geri ala bilərdilər.

Avropa və Amerikada Elektron Ticarət haqqında qanunvericilik  bütün istehlakçıları qoruduğu üçün istehlakçılar rahatlıqla  SMS, bank kartları vasitəsi ilə hər bir xidmət və məhsulu güvənib alırlar. Məsələn Avropada, Amerikada Konternet provayderlərin abonentlərə icazəsiz reklam göndərməsi qadağandır. “Niyə istehlakçıdan icazəsiz onun telefonuna reklam mesajı göndərib narahat etməlidir ki?!”

Bəs inkişaf edən texnologiyalar qarşısında gəlirləri azalan Operatorlar və onların gəlir kanalı Kontent Provayderlər vəziyyətdən necə çıxa bilər ? Bu haqda növbəti məqaləmdə daha ətraflı  məlumat verəcəm.

 

 

Biznesin İnkişafı üzrə mütəxəssis

Nicat Manafov

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qanunsuz SMS reklamlardan necə xilas olmalı?

11-10-2018

Bəzi İnternet provayderlər rəqibləri haqqında əsassız məlumatlar yayırlar

04-07-2023

Delta Telecom İnternet-kontentin tədarükü xidmətini təklif edir

12-08-2015

Azercell bezdirici SMS-lərin qarşısını alacaq

09-04-2015

“Qara siyahılar” abunəçinin hesabından pul silinməsinin qarşısını alacaqmı ?

01-05-2015

İKTA: “E-Şikayət” provayderlər üzrə xidmət keyfiyyətini müqayisə edir

29-01-2026

Özəl internet xidmətləri təminatçıları ilə müzakirələr aparılıb

07-10-2022

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024

Ekspert: Provayderlər açıq-aşkar istehlakçıların hüquqlarını pozur

31-03-2020

Samir Məmmədov: "2 000-ə yaxın zərərli internet resuru bloklanıb"

12-03-2026

Ekspert: "Provayderlər internet istifadəçilərinə kələk gəlir"

15-04-2020

Azercell-dən bezdirici SMS-lərlə bağlı yenilik

23-12-2015

Özəl provayderlər tarifləri endirməyə tələsmirlər

13-06-2010

SMS-reklamlar qanunla məhdudlaşdırılıb

21-07-2015

İnternetin əsas payı ilkin Delta Telecom və Aztelecom provayderlərinin üzərinə düşür

26-08-2009

İnternet trafikinin filtrasiyası ölkə sərhədlərində aparıla bilər

18-10-2019

Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

28-03-2023

YouTube videohostinqi 100-dən çox yeni kanalını işə salır

01-11-2011

Bəzi provayderlər Ailə TV-ni bloklamaqda davam edir

01-06-2015

Ölkədə internet istifadəsində yaranan problemlər

06-10-2018

“Azercell”-dən “Maksimum Gənc”lərə yeni güzəştlər!

13-10-2009

Aztelekom ev telefonlarından MMS göndərilməsi şəbəkəsini işə salacaq

09-01-2012

Ev telefonlarından smartfonlara sms göndərmək mümkündür

18-05-2015

MySpace musiqi xidməti açdı

25-09-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə