“Bakı şəhərində ilk dəfə tətbiq edilən l sinfə elektron şagird qəbulu sistemi vasitəsilə on minlərlə vətəndaş övladları üçün məktəb seçiblər”
Xeberler.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında qeyd edib.
O vurğulayıb ki, müəllimlərin və məktəb direktorlarının işə qəbul prosedurunda yenilik rüşvətə qarşı mübarizədə müsbət rol oynayır. Nazir rüşvətə qarşı mübarizədə insanlardan da aktiv vətəndaşlıq mövqeyi gözlədiyini söyləyib.
Nazir bildirib ki, şagirdlərin aşağı siniflərdə akademik biliklərinin qiymətləndirilməsi proseduru tətbiq olunacağı təqdirdə, təhsil göstəricilərinin yaxşılaşdırılması üçün əlavə imkanlar açılacaq:
"Aşağı siniflərdə biliklərin qiymətləndirilməsinin tətbiqindən sonra aydın şəkildə biləcəyik ki, hansı bölgənin, məktəbin, şagirdin hansı istiqamətdə çatışmazlığı var. Məlumatları 6-cı sinifin sonunda əldə etdiyimiz təqdirdə, geriyə qalan şagirdlərin göstəricilərinin artırılması, eləcə də yüksək göstəricisi olan şagirdlər üçün xüsusi proqramların tətbiqi imkanlarımız genişlənəcək".
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri