Elektron Təhlükəsizlik İdarəsinin əsasnaməsi Azərbaycan hökumətinə təqdim olunub

28-04-2009 / 13:39

Azərbaycanda Elektron Təhlükəsizlik İdarəsi yaradılacaq. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov bildirib. Onun sözlərinə görə, bütün dünyada biznes sektoru, qeyri-hökumət təşkilatları və qeyri-dövlət orqanları ilə işləyən informasiya təhlükəsizliyi qurumları fəaliyyət göstərir: “Azərbaycanda da dövlət orqanlarının informasiya təhlükəsizliyi ilə məşğul olan qurumlar var.

Lakin bilavasitə vətəndaşlarla işləyən, onların sorğularını cavablandıran, şikayətlərini araşdıran, informasiya təhlükəsizliyi ilə bağlı operativ araşdırmalar aparan qurum yoxdur. Bunu nəzərə alaraq, nazirlik beynəlxalq təcrübəyə əsasən nazirliyin nəzdində Elektron Təhlükəsizlik İdarəsinin yaranması haqqında əsasnamə hazırlayıb. Hazırda bu əsasnamə Azərbaycan hökumətinə təqdim olunub”.

R. Gülməmmədov bildirib ki, nazirlik dövlət qurumlarında lisenziyalaşdırılmış proqram təminatının bir mərkəzdən idarə olunması üçün baş nazirə təklif göndərib: “Lakin Maliyyə Nazirliyi bununla razılaşmadı və təklif etdi ki, bu, hər quruma ayrılan maliyyə vəsaiti hesabına fərdi olaraq həyata keçirilsin. Artıq bir sıra dövlət qurumları belə proqramlardan istifadə edirlər. İnformasiya-kommunikasiya texnologiyaları üzrə həyata keçirilən layihələrin hamısında tenderin tərkib hissəsi kimi lisenziyalaşdırılmış proqram təminatının alınması da nəzərdə tutulub”.

R. Gülməmmədovun sözlərinə görə, dövlət qurumlarının lisenziyalaşdırılmış proqram təminatından istifadə etməsi “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı çərçivəsində daha da aktivləşəcək.www.apa.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə