“Gündəlik Bakı” qəzetinə qarşı məhkəmə prosesi keçirilib

26-09-2009 / 12:33

Dünən  (24 sentyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddiaya əsasən Yasamal rayon məhkəməsinin çıxardığı qərardan iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Ramazan Zeynalovun nümayəndəsi Rafiq Abdullayev və “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev iştirak edirdi.

R.Abdullayev çıxışında bildirdi ki, iddiaya səbəb olmuş məqalələr Ramazan Zeynalova mənəvi ziyan vurub və o, şəkər xəstəliyinə tutulub. Buna görə də R.Abdullayev Yasamal rayon məhkəməsinin çıxardığı qərarın ləğv edilməsini, iddiaya səbəb olmuş yazılarla bağlı təkzib verilməsi, “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevdən 300.000 (üç yüz min) AZN tutularaq şirkətə ödənilməsini istədi.

H.Vəliyev isə məqalələrdə Ramazan Zeynalovun deyil, Hacı Mazanın adının çəkildiyini bildirdi və buna görə də R.Zeynalovun iddiasının əsassız olduğunu bildirdi.

Proses zamanı hakimin H.Vəliyevə verdiyi “Sizin yazdığınız “Hacı Mazan” əslində Ramazan Abdullayev olduğu halda niyə onun öz adını yazmağa cürət etməmisiniz” sualı mübahisəyə səbəb oldu. Belə ki, Habil Vəliyev hakimə etiraz edərək bildirdi ki, onun belə suallar verməsi məhkəmənin çıxaracağı qərarı indidən şübhə altına almağa əsas verir.

Hakim növbəti prosesi 1 oktyabr saat 12:00-a təyin etdi.

Xatırladaq ki, Ramazan Abdullayev "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələrə görə Yasamal rayon məhkəməsinə müraciət etmişdi. İddiaçı tərəf üzr istənilməsini, təkzib verilməsini və mənəvi zərərə görə “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevdən 300000 (üç yüz min) AZN tutularaq şirkətə ödənilməsini  istəmiş, lakin Yasamal rayon məhkəməsi iddianı təmin etməmişdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə