Bu yeniliyin xeyrini ən çox iş adamları hiss edəcək
Gələn ildən Azərbaycanda ilk dəfə olaraq, elektron imzaların tətbiqinə başlanacaq. Bunun üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2 sertifikat mərkəzi yaradılacaq.
Xeberler.az-ın məlumatına gərə, elektron imza alan hər bir şəxsə 2 açar veriləcək. Açıq açar imzanı yoxlamaq üçündür və açıq kataloqlarda yerləşdirilir. Gizli açar isə şəxs tərəfindən gizli saxlanılır və imzalamaq üçündür. Onu da deyək ki, elektron imza mürəkkəb rəqəmlər toplusundan ibarət şifrədir və elektron sənədlərin imzalanmasında istifadə olunacaq.
Xatırladaq ki. mövcud qanunlara görə, elektron imza əl imzası ilə eyni hüquqi statusa malikdir. Yəni əl imzasından harada istifadə olunursa, eyni hüquqla elektron imzadan da istifadə ediləcək. Mütəxəssislərin sözlərinə görə, elektron imzadan istifadə birinci növbədə vaxt itkisinin qarşısını alacaq.
Ekspertlər bildirirlər ki, bu qaydalar geniş şəkildə tətbiq olunsa, elektron imzanın xeyrini ən çox iş adamları hiss edəcək. Bu isə həm vaxt itkisinin, həm də əlavə xərclərin qarşısını alacaq. Belə ki, indi sahibkarlar xarici ölkələrlə müqavilə bağlayarkən imza atmaq üçün xaricə getməli olurlarsa, elektron imza işə düşəndən sonra buna ehtiyac qalmayacaq.
Bundan başqa, xarici və yerli iş adamları arasında birbaşa əlaqələrin yaranması vasitəçilərə çəkilən xərci də aradan qaldıracaq. Amma elektron imzanın özü də pulsuz olmayacaq. Bunun üçün ildə 40-80 manat ödəmək lazım gələcək. Yəni, elektron məktubları imzalamaqla, bank ödənişləri etmək və ya alqı-satqı aparmağın qiyməti fərqli olacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri