“ABI Research” analitik şirkətinin proqnozuna görə, 2014-cü ilin sonunadək dünyada 920 milyon ödənişli televiziya abunəçisi olacaq. Bir istifadəçi üçün orta gəlir göstəricisi (ARPU) müxtəlif ödənişli TV servisləri arasında rəqabətin kəskinləşməsi ilə əlaqədar azalır. Bununla belə, gəlirlərin azalma tempi “ARPU”-nun daha çox aşağı düşdüyü 2013-cü illə müqayisədə zəifləyib.
2014-cü ilin sonunadək ödənişli
TV xidmətlərinin aktiv abunəçiləri 269 milyard dollar məbləğində gəlirləri
generasiya edəcək. Bu il “ARPU” “HD” paketləri seçən abunəçilərin sayının
artması səbəbindən əvvəlki illərə nisbətən az aşağı düşüb. Bundan başqa, son
vaxtlar daha çox insan ödənişli TV-yə keçir ki, futbol üzrə dünya çempionatı və
ya olimpiya oyunları kimi böyük idman hadisələrini izləyə bilsin.
2014-cü ilin ikinci rübündə
ABŞ-ın “ТВ DirecTV” peyk operatorunun servislərinə 543 min yeni abunəçi
qoşulub. Bu, ötən ilin analoji dövründə yeni qoşulmaların sayı ilə müqayisədə
xeyli çoxdur. Həmin dövrdə qoşulan istifadəçilərin sayı 165 min təşkil edib.
“ABI Research”in proqnozuna əsasən,
2019-cu ilədək ödənişli televiziyanın bazası 323 milyard dollarlıq gəliri
generasiya edəcək 1,1 milyard tamaşaçıyadək artacaq. Həmçinin “IPTV” servislərinin
populyarlığı artır.
Getdikcə daha çox onlayn video
servisləri yaranır, peyk operatorları “VOD” xidmətlərindən (sifarişli video)
istifadə edən abunəçi bazasını genişləndirir. Bundan əlavə, müxtəlif
qurğularda, o cümlədən smartfon, planşet və böyükekranlı televizorlarda sevimli
televiziya kanallarına, şou və sifarişli videoya baxmağa imkan verən paketlərin
populyarlığı artır, - "IT
Weekly” yazır.
Mənbə: mincom.gov.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri