30 yaşı bu yaxında tamam olan Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Suxerberqin müxtəlif vaxtlarda dediyi ən maraqlı fikirləri təqdim edirik:
1. Sürətlə hərəkət edin və nəyisə korlayın. Nəyisə xarab etmirsinizsə, deməli, lazımi qədər sürətli deyilsiniz.
2. Əgər indi başlasaydım, işlərimi daha fərqli görərdim. Silikon Vadisində yaşayanda bacarmaq üçün “mütləq burada olmalıyam” kimi hisslərə qapılırsınız. Amma yaşanacaq tək yer bura deyil. Əgər bu gün başlasaydım, Bostonda qalardım.
3. Yadıma gəlir, Facebook-un ilk versiyasını yayımlayandan sonra dostlarımla pitsa yeyirdik və “Kimsə həqiqətən belə bir xidmət təqdim etməli idi” deyə düşünmüşdük. Amma o adamların biz olacağını ağlımıza gətirməmişdik.
4. Sual “insanlar haqqında nə bilmək istəyirik?” deyil, “insanlar özləri haqqında nə izah etmək istəyir?”dir.
5. Ən böyük risk heç riskə getməməkdir. Sürətlə dəyişən dünyada uğursuz olacağına əmin olduğum tək şey riskə getməməkdir.
6. İnsanın məqsədi olmalıdır və iş qurmaq prosesi tək yox, birlikdə olmalıdır. Məni həyəcanlandıran şeyin sadəcə məqsəd olduğu düzdür, amma lap əvvəldən hər ikisinin bir-birilə vəhdətdə olduğunu bilirdik.
7. “Hakerin tərzi” deyilən anlayış var. Onlar bir şeyin heç vaxt tam olaraq bitmədiyini və hər zaman daha yaxşısı ola biləcəyinə inanırlar.
8. İnsanlar çox ağıllı və ya çox qabiliyyətli ola bilərlər, lakin bu bacarıqlarına inanmırlarsa, işləyə bilməyəcəklər.
9. Facebook-un Amerika şirkəti olmasını, Amerika dəyərlərini bütün dünyaya yaymasını istəmirəm.
10. Məqsədim heç vaxt şirkət qurmaq olmayıb. Bir çox insan sadəcə maddiyyatı fikirləşdiyimi düşünür, lakin bu səhvdir. “Sadəcə şirkət olmamaq” mənə görə dünyanı dəyişdirəcək qədər böyük bir şey etmək deməkdir.
Mənbə: atvxeber.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri