Facebook Twitter-i niyə yeyir?

28-11-2014 / 11:24

Son bir ildə Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçiləri artsa da, Twitter şəbəkəsinin istifadəçiləri azalıb. “Global Stats” statistika mərkəzinin hesabatına görə, Azərbaycanda Facebook-un payı 23,3 faiz çoxalıb və sosial media bazarının 89,73 faizini təşkil edib. Twitter-in bazar payı isə ötən illə müqayisədə azalaraq 2,24 faiz olub.

Niyə Azərbaycanda Facebook başqa şəbəkələrdən bu qədər populyardır? Azərbaycanda Twitter-ə marağın zəif olması nə ilə bağlıdır? Bu gedişatla ölkəmizdə Twitter-i hansı perspektivin gözlədiyini düşünmək olar? “Media forum” saytı bu suallarla Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə və Xeberler.az saytının baş redaktoru İsmayıl Rafiqoğluya müraciət edib.

Osman Gündüz bildirib ki, Azərbaycanda milyon yarımdan çox Facebook istifadəçisi, 200 mindən artıq isə Twitter istifadəçisi var: Facebook daha çox xidmət göstərmək imkanına malikdir. Paylaşma, müzakirə, xəbərdarlıq kimi çoxsaylı imkanları, bundan başqa, mağaza açmaq, reklam vermək kimi üstünlükləri var. Bu da xeyli təbəqəni qane edir.

Facebook şəbəkəsində müxtəlif insan qrupları toplaşıb. Belə bir məkan da həmişə cəlbedici olur, adamlar sosial münasibət qurmaq üçün ora axışırlar. Çox olmaq onun çoxalmağına daha da təkan verir. Azərbaycanda bəzən yerli sosial şəbəkə yaratmağa cəhdlər olur, anacaq alınmır. Çünki onlar adam yığa bilmir və adam olmayan yerə də adamlar getmir.

Twitter-də qısa xəbərləşmələr həyata keçirilir. Qısa xəbər öz növbəsində onun sürətli yayılmasına kömək edir. Twitter-ə çıxan xəbər bir anda çox böyük radiusda yayıla bilir. İstifadəsi daha rahatdır. Bir anda yazmaq mümkündür. Çeviklik və sürətlilik baxımından imkanı daha genişdir.

Lakin Facebook-da istifadəçilərin sayının Twitter-dəkindən çox olması sosial münasibət qurmaq meylinin xalis xəbərləşmə meylindən yüksək olması deməkdir”.

İsmayıl Rafiqoğlu hesab edir ki, Facebook-un populyarlığının sirri bu şəbəkənin sadəliyindədir: “Dünyada yüzlərlə şəbəkə var, amma Facebook onların hamısını üstələyib. Şəbəkə kütləvi auditoriyaya hesablanıb deyə burada adi istifadəçiyə lazım olan bütün imkanlar var. Qonşu Türkiyədə Facebook-dan daha çox yeniyetmələr yararlanır. Yalnız ciddi  iş adamları Twitter-ə üz tutur”.

İsmayıl Rafiqoğlu özü onlarla şəbəkənin üzvü olsa da, əsasən Facebook və “Odnoklassniki”dən yararlandığını söyləyib: Twitter-in mahiyyəti mənə hələ də qaranlıq qalır. Bütün xəbərlər, dostlar, həmkarlar, iş prosesində əlaqə qurduğum ekspertlər Facebook-dadır. Nə istəsən bu şəbəkədə var. Azərbaycan bazarında Twitter-in şansı azdır. Hətta “Linkedin” kimi nüfuzlu peşəkar kommunikasiya Twitter-dən maraqlı görünür. Amma Facebook üçün təhlükə də az deyil. Son ayların araşdırma və anket sorğuları gənc nəslin Facebook sosial şəbəkəsinə marağının xeyli azaldığını aşkarlayıb. Prinston Universitetində aparılan tədqiqatlar isə 2016-cı ildən Facebook-un süquta uğramağa başlayacağını, 2017-ci ildə istifadəçilərinin 80 faizini itirəcəyini, 2020-ci ildə tam süquta uğrayacağını proqnozlaşdırıb”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə