Previous Next
Bağla

Görəsən “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi doğrumu yanaşmadır?

18-07-2024 16:35
Görəsən “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi doğrumu yanaşmadır?
Provayderlər, o cümlədən dövlət provayderləri internet tariflərini 40% qaldırmaq istəyir .
Görəsən “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi doğrumu yanaşmadır?

Baxıram ki, yenə manipulyasiyalar, yenə provayderlərin bu məntiqsiz addımlarının doğru olmasını öncədən əsaslandıranların haray-həşiri bürüyüb aləmi.

Görünən odur ki, dövlər və özəl provayderlər sanki bir yarışa girməklə, sanki bir separat sövdələşmə etməklə internetin sürətini və qiymərtini gələn aydan birdən birə 40% qaldırmaq istıəyirlər.
Hazırda minimal qiymət 18 manat müəyyən olunub və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir.
İndi təklif olunan isə minimal 100 Mb/s üçün 25 manat olacaq.

Görünür ki provayderlər, o cümlədən dövlət provayderləri də bir anda varlanmaq xətti götürüblər. Baxırlar ki hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki onlar niyə etməməlidirlər.

Bütün bunlar isə düşünürəm ki, doğru bir yanaşma deyil, yəni “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil. Xüsusən də regionlar üçün.
Düşünürəm ki, hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansıa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir.

Azərbaycanda rəsmi rəqəmlərə görə əhalinin yarısı kənd əhalisidir. Bu birmənalıdır. Belə olan halda hamı üçün minimal sürəti 100Mbit/s etmək görəsən kimin ağlına gəlib. Hansı təfəkkürün məhsuludur bu ?

İndi mən sual edirəm hökumətə, kənddə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-ni olmayan, min cür əziyyətlə çörəkpulu - gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansıa bir onlayn xidmətlərdən yararlanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan bir vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı?

Bu vətəndaşlarımız hara sərf edəcək bu sürəti? Nə üçün biz zorla ona zəruri olmayan bü sürəti verib min əziyyətlə qazandığına şərik olmalıyıq ?
Qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun olaraq əlçatan olsun.

Dövlət provayderlərinin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır. Provayder ona görə hələlik “dövlət provayderidir ” ki, məhz vətəndaşın tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun.
Bir yandan rəqəmsal transformasiya deyirik, rəqəmsal xidmətlər yaradırıq, rəqəmsal savadlılığı artırırıq , digər tərəfdən də bunun üçün əsas ola biləcək vasitənin əlçatanlığını məhdudlaşdırırırq.

Son 3 ildə RİNN bütün ölkə boyu ildırım sürətli bir internetləşmə siyasəti apara bilib. On illər ərzində reallaşa bilməyən reallaşıb. Ölkədə nəhəng bir internet şəbəkəsi , həm də dövlətə məxsus olan bir şəbəkə formalaşıb.
Bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlıq 92% -ə çatıb. Bu çox böyük bir uğurdur. Amma buna kölgə sala biləcək addımlara yol vermək doğru olmazdı.
İndi dövlətə məxsus olan bu internet şəbəkəsinin sahibi elə siyasət qurmalıdır ki, istifadə və qiymətlər hamı üçün əlçatan olsun.

Ümid edirəm RİNN, İKTA baş verənlərin fərqindəir.

Osman Gündüz

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

11-08-2022

Heç olmasa kəndlərdə internet tariflərini qaldırmayaq -Osman Gündüz

10-08-2024

Regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq

14-08-2024

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025

İnzibati əmrlə internetin sürətini artırmaq absurddur - Osman Gündüz

16-07-2025

2017-ci ildə evlərə 100 meqabitlik İnternet çəkiləcək

18-05-2015

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018

Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

06-07-2023

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020

Ekspert: Pensiyaçı da, 5-10 min maaş alan da internetə eyni qiyməti ödəyir

25-09-2025

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016

Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

29-08-2017

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

10-05-2019

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

Ailə TV-dən istifadəçilərinə bayram hədiyyəsi

23-09-2015

Qonşuda 5 manata olan sürətli internet, bizdə 300 manatdır - Araşdırma

01-10-2015

Azərbaycanda internet trafikin orta sürəti nə qədərdir?

05-01-2012

Aylıq internet ödənişində güzəşt olacaq? - Ekspertdən mühüm təklif

07-10-2020

Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

08-11-2019

"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

10-03-2025

Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

03-12-2015

Ekspert: Azərbaycanda internetin sürəti ürəkaçan deyil

15-09-2021

Dial-up-dan ADSL-ə, yoxsa ADSL-dən Fiber optik internetə?

21-02-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə