Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Xəzərin dibi ilə Azərbaycan və Qazaxıstanı birləşdirən Transxəzər Fiber-Optik Kabel Xəttini onlayn formatda istifadəyə veriblər. Sumqayıt və Aktau arasında çəkilən təxminən 380 kilometrlik kabelin ötürmə qabiliyyəti saniyədə 400 terabitdən çoxdur.
Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb ki, layihənin mürəkkəbliyi yalnız texnoloji və coğrafi çətinliklərlə məhdudlaşmayıb. Geosiyasi maraqlar, qlobal maneçiliklər, uzun illər davam edən razılaşmalar və tərəfdaş dəyişiklikləri də prosesə təsir edib. Ekspertin sözlərinə görə, uzun illər Rusiya layihənin reallaşmasına maneələr yaradıb, bir çox ciddi insanlar isə onun heç vaxt həyata keçə bilməyəcəyini deyirdi.
O, “Rəqəmsal İpək Yolu”nun əsas hissələrindən birinin artıq real infrastruktura çevrildiyini bildirib. Azərbaycan tərəfdən təşəbbüsü irəli aparan NEQSOL Holding-in tərkibindəki Azerconnect Group-a daxil olan AzerTelecom komandasının əməyini xüsusi qeyd edib.
Gündüz rəqəmsal tranzit ölkəsi olmaqla regional data və texnologiya mərkəzi olmaq arasında ciddi fərq olduğunu vurğulayıb. Onun fikrincə, trafikin ölkə ərazisindən keçməsi tranzit gəliri və strateji üstünlük verir, daha böyük iqtisadi dəyər isə bağlantı ətrafında data mərkəzləri, bulud xidmətləri, süni intellekt üçün hesablama infrastrukturu və texnoloji bizneslər formalaşdırmaqla yaranır. Qazaxıstanın artıq qlobal şirkətlərlə birgə bu xətt üzərində güclü data mərkəz tikməyə başladığını və milyonlarla investisiya cəlb etdiyini xatırladıb.
Ekspert kabelin quruya çıxdığı Sumqayıtın böyük fürsət qazandığını deyib. Etibarlı və rəqabətli enerji təminatı, beynəlxalq bağlantı və əlverişli investisiya mühiti təmin olunarsa, şəhər sənaye potensialı ilə yanaşı, regional rəqəmsal mərkəz kimi də inkişaf edə bilər.
Gündüz aidiyyəti qurumlar və özəl sektor qarşısında sual qoyub: bu infrastruktur əsasında hansı qlobal şirkətlər cəlb olunacaq, hansı xidmətlər ixrac ediləcək və ölkədə hansı yeni iş yerləri yaradılacaq?
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları