Previous Next
Bağla

Ötən il Azərbaycanın İKT sektoru və əlaqədar elm sahələri üçün necə yadda qalıb?

19-01-2022 15:29
Ötən il Azərbaycanın İKT sektoru və əlaqədar elm sahələri üçün necə yadda qalıb?

“2021-ci il ölkəmizdə təkcə telekommunikasiya sahəsində deyil, həmçinin kompüter elmləri üçün də uğurlu il oldu”.

Xeberler.az bildirir ki, bunu Report-a açıqlamasında ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sahəsində ötən ildəki əsas uğurlarını şərh edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev deyib.

O, hesab edir ki, ötən illərdən başlamış struktur və kadr islahatlarının 2021-ci ildə də uğurla davam etdirilməsi ölkəmizin hədəflərə çatma imkanlarını daha da artırır: "Əgər ötən ilin əsas nəticələrini təhlil etsək, görərik ki, 2021-ci il xalqımız üçün başqa bir əhəmiyyətə malikdir. Əvvəlki illərdən fərqli olaraq 2021-ci ili biz qalib və ərazisi bütöv ölkənin vətəndaşları kimi yaşadıq. Bu qalibiyyət nəyin bəhrəsi idi? Əlbəttə ki, xalqımızın Ali Baş Komandanının, Prezidentinin ətrafında sıx birləşməsinin nəticəsi idi. Cənab Prezidentin dediyi kimi, Azərbaycanı sevən hər bir kəs “dəmir yumruq” kimi birləşdi və düşmənin başını əzib torpaqlarımızı azad etdilər.

Məhz bu qələbə ölkənin digər sahələrinə də bilavasitə təsir etdi. Gördüyünüz kimi, iqtisadiyyatın müxtəlif sektorlarında canlanma başlandı. Nəzərinizə çatdırım ki, bütün bu hadisələr İKT sahəsində Azərbaycan elminə də təsirsiz ötüşməyib. Belə ki, 2021-ci ilin nəticələrinə görə, Azərbaycan Cənubi Qafqazda kompüter elmləri sahəsində birinci yerdədir. Ölkəmiz bu sahədə əsas rəqiblərini çox böyük fərqlə üstələyib.

Baxmayaraq ki, biz müharibədən çıxmış ölkəyik, ölkəmizdə islahatlar davamlı olaraq uğurla həyata keçirilir. Məhz bu islahatların bir istiqaməti də İKT-nin payına düşüb. Belə ki, 2021-ci ildə möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırıldı. Nazirliyin yeni adı ölkənin prioritetlərinin hansı istiqamətdə müəyyən olunduğunu bir daha aydın şəkildə göstərir. Rəqəmsal transformasiya çərçivəsində Azərbaycanda hər bir fəaliyyət istiqamətində rəqəmsallaşmanın, elektron dövlət idarəetməsinin dərinləşməsi, ayrı-ayrı qurumların fəaliyyəti, vətəndaş cəmiyyətinin inkişafına İKT-nin təsiri, İnternet azadlığının təmin olunması, vətəndaşların informasiyanı sərbəst olaraq əldə etməsi və paylaşması, teleradio məkanının inkişafı, həmçinin ölkəmizdə yeni texnoloji reallıqların meydana çıxması, cəmiyyətdə rəqəmsal təfəkkürün inkişaf etdirilməsi və bu kimi bir sıra başqa məsələlər kompleks olaraq islahatların həyata keçirilməsini zəruri etmişdir. Dövlət başçısının imzaladığı sərəncamla bu qurum qarşısında çox mühüm vəzifələr qoyulur. Şübhəsiz ki, bu məsul vəzifələrin həyata keçirilməsində digər qurumlar da, xüsusən də Azərbaycan alimləri öz dəstəyini verməlidirlər.

Əminliklə deyə bilərəm ki, ölkəmizdə rəqəmsal transformasiya platformasında gedən işlər çox qənaətbəxş və cəlbedicidir. Beynəlxalq təşkilatlar da İKT sahəsində ölkəmizdə inamla həyata keçirilən islahatları çox yüksək qiymətləndirir”.

R.Əliquliyevin sözlərinə görə, məhz 2021-ci ilin oktyabrında ABŞ-ın Stanford Universiteti dünyanın ən nüfuzlu alimlərinin reytinq qiymətləndirmə siyahısını dərc edib: "Builki siyahıya Azərbaycanda və xaricdə fəaliyyət göstərən 25-dən çox azərbaycanlı alimin adı daxil edilib. Onlardan 8-i ölkəmizdə, digərləri isə Türkiyə, ABŞ, Avstraliya, Portuqaliya, Rusiya və s. ölkələrdə fəaliyyət göstərir.

Azərbaycanda fəaliyyət göstərən və adı siyahıya daxil edilmiş 8 alimdən 5-i Azərbaycan Milli Elmlər Akademiyasıın əməkdaşıdır. Onlardan isə 2-si İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşıdır.

Bunlar institutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev və şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevdir. Hər iki alim dünyada “İnformasiya və kommunikasiya texnologiyaları” elmi istiqaməti üzrə çalışan və məqalələri “Scopus” bazasında indeksləşən 253 359 alim arasından seçilib. Onu da xüsusilə qeyd etmək lazımdır ki, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 2020-ci ildə də Stanford Universitetinin reytinq qiymətləndirmə siyahısına daxil edilib.

Bu reytinq siyahısı iki mühüm göstərici – məqalə və istinadların sayı əsasında hazırlanır. Belə ki, ilkin mərhələdə 2020-ci ildə ən azı 5 məqaləsi “Scopus” bazasında indeksləşən alimlər seçilir. Sonrakı mərhələdə isə bu seçilmişlərin arasından həmin ildə ən çox istinad alan, başqa sözlə, ilk 2 %-ə daxil olan alimlərin adı reytinq siyahısına daxil edilir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya Texnologiyaları İnstitutunun alimləri ABŞ universitetinin qiymətləndirmə siyahısına düşüb

15-11-2021

Azərbaycanlı alimlər yenidən Stenford Universitetinin ən nüfuzlu elm adamlarının siyahısına düşüb

24-10-2023

Azərbaycan alimləri Stenford Universitetinin 2022-ci ilin reytinq siyahısında

21-10-2022

Azərbaycan alimləri Stenford Universitetinin reytinq siyahılarında

30-09-2024

İnstitutun alimləri Stanford Universitetinin reytinq siyahısına daxil olub

06-10-2025

Azərbaycan alimlərinin İKT-dəki fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilib

30-12-2025

Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

03-02-2022

Azərbaycanı İT sahəsində dünyada tanıdan alim - Rasim Əliquliyev

19-01-2023

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026

Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər artıb

17-12-2018

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018

Rasim Əliquliyev: "Texnologiya festivalına ev sahibliyi etməyimiz Prezidentin siyasətinin nəticəsidir"

16-03-2022

İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

22-12-2023

“Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

10-03-2023

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016

Xaricdəki alimlərimiz haqda məlumatlar bir araya toplanacaq

12-04-2017

Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

19-12-2025

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

“İKT milli iqtisadiyyatın aparıcı sektoruna çevrilib”

23-09-2016

İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycanın rəqəmsal arxitekturası müzakirə edilib

14-02-2026

Avropa təşkilatları İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatları dəstəkləyir

17-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə