Previous Next
Bağla

Provayderlərin vahid platformadan seçilməsi mümkün olacaq

09-02-2026 18:01
Provayderlərin vahid platformadan seçilməsi mümkün olacaq

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkənin internet xidmətləri bazarında rəqəmsal transformasiyanın növbəti mərhələsinə start verir.

Agentlik tərəfindən hazırlanan “Broadband Mapping” (Genişzolaqlı İnternet Xəritələmə) və “E-Connection” (Elektron Qoşulma) xidmətləri istifadəçilərə internet provayderlərini vahid platforma üzərindən seçmək, müqayisə etmək və birbaşa qoşulma müraciəti göndərmək imkanı yaradacaq.

Layihənin təqdimatı məqsədilə telekommunikasiya operatorları və provayderləri ilə görüş keçirilib. İKTA-nın İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə çıxışında bu təşəbbüsün bazarın ekosisteminə köklü təsir göstərəcəyini vurğulayıb.

“Broadband Mapping” platforması vasitəsilə vətəndaşlar və biznes subyektləri ünvanları üzrə real xidmət göstərən provayderləri interaktiv xəritə üzərindən müəyyən edə biləcəklər. Onu tamamlayan “E-Connection” xidməti isə aşağıdakı üstünlükləri təqdim edir:

Şəffaf müqayisə: müxtəlif provayderlərin tarif paketlərini və texniki göstəricilərini bir məkanda müqayisə etmək; Birbaşa müraciət: seçilmiş provayderə saniyələr ərzində elektron sorğu göndərmək;

İzləmə mexanizmi: müraciətin qəbulundan xidmətin aktivləşməsinə qədər olan bütün prosesi şəxsi kabinet vasitəsilə izləmək;

Təhlükəsizlik: vətəndaşlar üçün rəqəmsal giriş, operatorlar üçün isə gücləndirilmiş elektron imza vasitəsilə tam hüquqi etibarlılıq.

İKTA-nın tətbiq etdiyi bu model ABŞ-nin Federal Kommunikasiya Komissiyası
(FCC) və Avropa İttifaqının BEREC strukturunun qabaqcıl təcrübələrinə əsaslanır.

Eyni zamanda bu platforma Dünya Bankının “B-READY” hesabatı çərçivəsində qiymətləndirilən “məlumatlı seçim” və “şəffaf bazar” meyarlarına cavab verir.

Layihəyə qoşulmuş operatorlar heç bir əlavə xərc çəkmədən dövlət platformasında tanıtım üstünlüyü və müştəri bazasına birbaşa çıxış əldə edəcəklər. Məlumatlarını təqdim etməyən provayderlər isə xəritədə əks olunmayacaq. Bu da onların rəqəmsal seçim mühitindən kənarda qalması ilə nəticələnəcək.

Agentlik vurğulayır ki, bu yanaşma inzibati məcburiyyət deyil, bazar iştirakçılarını daha açıq və müştəriyönümlü fəaliyyətə təşviq edən iqtisadi modeldir. 2025-ci ilin əvvəlindən məlumatlandırılan internet servis provayderləri (İSP) üçün layihədə iştirak hər zaman mümkün olacaq. Hazırda test rejimində olan “E-Connection” xidmətinin 2026-cı ilin mart ayında tam istifadəyə verilməsi planlaşdırılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA: “E-Şikayət” provayderlər üzrə xidmət keyfiyyətini müqayisə edir

29-01-2026

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

İKTA provayderlərin yanvar ayı üzrə sürət göstəricilərini dərc edib

17-02-2026

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026

Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

20-11-2025

İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

23-12-2025

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İKTA provayderlərin dekabr üzrə sürət göstəricilərini dərc edib

19-01-2026

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

AYİB-in dəstəyi ilə İKTA əməkdaşları üçün təlim keçirilib

31-10-2024

İKTA: İnternet provayderlərin rəsmi saytları olmalıdır

02-04-2026

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

17-07-2025

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

İKTA telekommunikasiya operatorları və provayderləri ilə görüşüb

28-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə