Azərbaycan Texniki Universitetinin (AzTU) Qərbi Azərbaycan Texnoloji İrsi Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Azərbaycanda texnoloji irsin bərpası və yaşadılması” mövzusunda seminar keçirilib.
Xeberler.az məlumat verir ki, seminarın keçirilməsində məqsəd Qərbi Azərbaycanda formalaşan texnoloji irsin müasir dövr üçün aktuallığının elmi aspektdən qiymətləndirilməsi və müzakirəsi olub.
Əvvəlcə AzTU-nun foyesində Qərbi Azərbaycan irsinə həsr olunmuş sərgiyə baxış keçirilib.
Seminarda çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Qərbi Azərbaycan irsinin qorunması ilə bağlı məsələnin Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib. O qeyd edib ki, AzTU-nun missiyası bu irsin texnoloji imkanlarını araşdırmaq, qeyd olunan istiqamətdə aparılan elmi-tədqiqatları gələcək nəsillərə ötürməkdir. Rektor bu irsin yaşadılmasında yaradıcı düşüncəli gənclərə imkanlar yaradılmasını da xüsusi vurğulayıb.
Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək tarixə nəzər salıb. Deputat Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, dünya ictimaiyyətinə çatdırılması, erməni yalan və saxtakarlıqlarının sona qədər ifşası, son 200 il ərzində Qərbi Azərbaycan torpaqlarından deportasiya olunmuş azərbaycanlıların, onların varislərinin hüquqlarının beynəlxalq müstəviyə çıxarılması, bərpası, bütün bu cinayətlərə görə Ermənistan dövlətinin və erməni millətçilərinin beynəlxalq məhkəmələrdə cəzalandırılması üçün mümkün imkanlardan istifadə edilməsi, eyni zamanda, bu mübarizənin mədəniyyət, elm, təhsil, texnologiya sahəsində paralel aparılmasının vacibliyini qeyd edib. O, bu cür silsilə tədbirləri önəmli hesab edərək yaradılan şəraitə və dəstəyə görə rektor Vilayət Vəliyevə təşəkkürünü bildirib.
Daha sonra “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin moderatorluğu ilə seminarın panel müzakirəsi keçirilib. Qərbi Azərbaycan üzrə araşdırmaçı Cəlal Allahverdiyev, Əməkdar mədəniyyət işçisi, milli kulinariya üzrə araşdırmaçı Tahir Əmiraslanov, Azərbaycan Rəssamlar İttifaqının üzvləri İsgəndər Sərdarlı, Toğrul Sərdarlı, rəssam Əli İsmayıl Əliyev Qərbi Azərbaycan texnoloji irsi ilə bağlı geniş təqdimatla çıxış ediblər. Çıxışlar zamanı Qərbi Azərbaycan texnoloji irsinin yaşadılması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması ilə bağlı təkliflər səsləndirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq ötən il AzTU-da Qərbi Azərbaycan Texnoloji İrsi Mərkəzi yaradılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları