Previous Next
Bağla

Sədr: Fevralın 20-dəki kiberhücumların arxasında APT29 dayanır

02-05-2025 16:31
Sədr: Fevralın 20-dəki kiberhücumların arxasında APT29 dayanır

Ekspertiza nəticəsində istər hücum zamanı istifadə edilən texniki üsullar, istərsə də davranış modelləri hücumun Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupuna məxsus olduğu müəyyən edilib. Bu qrup xüsusi əhəmiyyətli kiberəməliyyatlar həyata keçirən mütəşəkkil dəstədir.

Xeberler.az məlumat verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın sədri Ramid Namazov cari il fevralın 20-də bir sıra media resurslarına qarşı həyata keçirilən kiberhücumlarla bağlı danışarkən deyib.

O bildirib ki, kibercasusluqla məşğul olan APT29-un fəaliyyəti əsasən hökumət qurumlarını, xarici diplomatik nümayəndəlikləri, habelə siyasət, müdafiə, enerji, media və digər kritik sahələri hədəf almaqdan ibarətdir.

“İş metodlarına gəlincə isə, bir çox üsullardan, kibermüdaxilə alətlərindən istifadə edirlər. Onlardan biri də uzun müddət öncədən hədəfin sistemlərinə daxil olaraq, orada möhkəmlənmək və lazım olan anda hərəkətə keçməkdən ibarətdir. Məhz tətbiq etdikləri bu metod və siyasi məqsəd daşıyan motivləri onları digər kibercinayətkar qruplardan fərqləndirir. Beləliklə, APT29 adlı kibercasus qrupu bu il fevralın 20-də, - araşdırmalara görə təxminən 2-3 il idi ki, sistemlərində gizlicə fəaliyyət göstərdikləri media resurslarını tam ələ keçirirlər”, - deyə Ramid Namazov əlavə edib.

Hücumun motivinin də haradan qaynaqlandığının aydın olduğunu qeyd edən komissiyanın sədri bildirib: “Motiv - fevralın 3-də ölkəmizdə hüquqi şəxs qismində qeydiyyatı olmayan və qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğu üçün fəaliyyətinə xitam verilən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - “Rus Evi” və o vaxt üçün ləğv edilməsi ilə bağlı söhbətlər gəzən "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi idi. Məhz bu proseslərdən dolayı siyasi motivli bu kibermüdaxilə hadisəsi baş verib”, - deyə Ramid Namazov bildirib.

Onun sözlərinə görə, “saxta bayraq” əməliyyatlarına bənzər addımlar atılaraq qeyri-qanuni terror qrupu olan “Hüseynçilər”ə məxsus loqonu və “Qurani-Kərim”dən ayələrin əks olunduğu təxribat xarakterli şəkilləri həmin saytlara yerləşdirərək iz itirməyə çalışılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Kibermüdaxilədən dezinformasiyaya” mövzusunda müzakirə keçirilib

02-05-2025

Sədr: Kiberhücumları yüksək səviyyədə təşkilatlanmış qruplar icra edir

02-05-2025

Rasim Musabəyov: Rusiya ilə kiberhücum məsələsi müzakirə edilməlidir

02-05-2025

Kiberhücumun ünvanı – texniki sübut, yoxsa siyasi şübhə? - Ekspertdən açıqlama

03-05-2025

Müstəqil media resursları ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunub

02-05-2025

Rusiya Xarici İşlər Nazirliyinin saytına kiberhücum edilib

24-10-2024

Britaniya hökumətinə məxsus məlumatlara kibermüdaxilə edilib

19-12-2025

“Sputnik-Azərbaycan”nın akkreditasiyası ləğv edilib

24-02-2025

MEDİA: Kütləvi kiberhücumu ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir

20-02-2025

Milli Məclis: 600-ə yaxın hesabdan Anti-Azərbaycan kampaniyası aparılır

02-07-2025

Milli Məclis Azərbaycana qarşı aparılan informasiya kampaniyasına dair açıqlama yayıb

06-08-2025

“Azərbaycana maraqlar çoxaldıqca kiberhücumların sayı artacaq”

27-02-2015

“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqlənib

14-07-2025

Azərbaycanın informasiya məkanına qonşu ölkədən müdaxilə olub

31-01-2025

Polşa Rusiyanın kiberhücum təşkil etməsindən şübhələnir

15-01-2026

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

23-07-2025

"X" platformasında COP29 əleyhinə saxta hesablardan istifadə aşkarlanıb

01-11-2024

Milli Məclis Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib

18-06-2025

Ağ ev USAID proqramlarının 83 faizini dayandırıb

10-03-2025

Rus xakerlər Pentaqonun e-poçt sistemini ələ keçirdi

10-08-2015

XRİTDX: “Azərbaycana kiberhücumların çoxu qonşu ölkələrdən təşkil olunur”

26-10-2023

Azərbaycanda Milli İnnovasiya Mərkəzi yaradılacaq

03-04-2015

KXDR hakerləri koronavirusa qarşı peyvəndlər barədə məlumatları oğurlamağa çalışıb

16-02-2021

Saxta “govaz.am” domeni dövlət qurumlarımızı hədəf aldığını göstərir

21-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə