Smartfonlar üçün klaviatura hazırlanıb

06-08-2019 / 14:36

Xeberler.az bildirir ki, “I-Keyboard” adlanan yeni ixtira gözəgörünməzliyi ilə fərqlənir. Onun tətbiqi sayəsində mobil qurğuların ekranlarında istifadə olunan yerlər maksimum dərəcədə artır. İstifadəçilər tam ekran rejimində proqramın məzmununa baxmaq, eyni zamanda mətni yığa bilmək imkanına malikdirlər. “I-Keyboard” əvvəldən müəyyən edilmiş tərtib etmə, forma və ya düymələrin ölçüsünə malik deyil.

İstifadəçilər istənilən yerdə, istənilən bucaq altında yazmağa başladıqları zaman “I-Keyboard” ondan nə tələb olunduğunu anlayır. Müəlliflərin sözlərinə görə, “I-Keyboard” süni intellektin prediktiv alqoritmi əsasında işləyir. Süni intellekt alqoritmi sadə şəkildə desək, çap etmək istədiyinizi əvvəldən xəbər verməyə çalışır və klaviaturanı xüsusi üsulla “qurur”. Tədiqiqatçılar qeyd edir ki, iş hələki başlanğıc mərhələdədir. Hazırda onun sürətinin aşağı olması əsas problemlərdəndir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə