Previous Next
Bağla

Sosial media biznesə necə kömək edə bilər? - Sorğu

14-05-2015 16:56
Sosial media biznesə necə kömək edə bilər? - Sorğu

Bu günün rəqabət mühiti yeni tanıtım məkanlarının kəşf edilməsi tələbini yaratdı. Son illərdə milyonlarla istifadəçiləri olan sosial şəbəkələr sahibkarlar üçün daha çox gəlir əldə etmək fürsəti yaradır. Sahibkarlar, təşkilatlar və digər reklamverən şəxslər sosial şəbəkələr vasitəsilə məhsullarını, xidmətlərini müştərilərinə tanıtmaq və onların yaddaşında daimi yer tutmaq üçün tanıtım kampaniyaları aparırlar.

Bu dəfəki yazıda“Mənim 100-lüyüm”-ün biznes planları və onların sosial şəbəkələrdəki PR kampaniyaları ilə tanış olacaqsınız. Bu mövzudan yola çıxıb “Mənim 100-lüyüm”dən soruşdum:
İllərdir arzuladığınız şirkəti və ya təşkilatı yaratsaydınız onun sosial şəbəkələrdə PR-nı fərqli şəkildə necə aparardınız? 

“Mənim 100-lüyüm”dən seçilmiş 10 şərhi sizlərə təqdim edirik:

Gülşən Həsənzadə: İki il əvvəl fərdi inkişaf jurnalı üzərində könüllü komandası ilə birgə işləyirdim, layihə həqiqətən də çox maraqlı idi, gənclər üçün təhsil sağlamlıq,yaradıcılıq və s. əhatə edən tək jurnal olacaqdı. Əgər o şirkət kimi mənə məxsus olsaydı. Jurnalın sosial şəbəkələrdə PR-ını belə edərdim: Jurnalın Facebook üzərindən mobil tətbiqini hazırlatdırardım. İstifadəçi profil şəklindən istənilən birini seçərək jurnalın üz qabığı elətdirib online sifariş edərdi. Və beləliklə istifadəçinin üz qabığında şəkili olan jurnal.

Sakit Abdulla:  2 il əvvəl ölkədə ilk vegeterian kafe açmaq fikrim vardı. " Vegcafe" adı ilə. Vegeterianların, veganların ve sadəcə bu cür yeməklərin dadına baxmaq istəyənlərin məkanı kimi düşünürdüm. Sosial şəbəkə üzərindən görüşlər (party) təyin edib görüşmək və heyvan hüquqlarını dəstəkləyən tədbirlər təşkil etmək. PR-ı üçün maraqlı məzmunu olan videoçarx hazırlatdırardım. Hansı ki, heyvanların istismarı əleyhinə olan. Mövzunun qəhrəmanları kimi də tanınmış insanlardan istifadə edərdim.

Günel Hacı:  Onlayn geyim mağazası açardım. Sosial şəbəkələrdə aktiv olan şəxslərə hədiyyə edib, özüm geyinib şəkillər çəkdirərdim. Bir də maraqlı dizayn ya da moda yarışları keçirərdim. Maraqlı fikir yazan, kombin şəkli göndərənləri mükafatlandırardım. Beləlikdə səhifəm aktiv, cibim də dolu olardı.

Əfsanə Salehova: Əsasən şirkətlər və ya qurumlar PR kampaniyası üçün sadəcə Facebook-un ödənişli səhifə tanıtım funksiyasından istifadə edirlər. Mən isə daha maraqlı eləmək üçün şirkət, təşkilat və ya online tv radio yaradası əyləncəli animasiya formatında videoçarx hazırlatdırıb, maraqlı sloqanla trend edərdim.

Azər İsmayılov:  Mənim hazırda bir qismini yaratdığım "4T group" adlı bir şirkət var (rəsmi qeydiyyatı hələki yoxdur, təməli qoyulub əsas olaraq). PR kampaniyam haqqında sadəcə ipucu verə bilərəm. Çalışın kimə hədəfləndiyinizi və kimə satış edəcəyiniz müəyyənləşdirib onların daha sıx olduğu yerlərdən PR kampaniyanızı aparın. Ən əsası isə məhsulunuz "tövsiyə edilən" olsun. Bu sizə loyal müştəri qazandırar və bu da özlüyündə daimi gəlirdir.

Əminə İlyaslı:  Məsələn mən bir kafe açmaq istəyərdim. Sosial şəbəkə üzərindən hər səhər bəzi userlərin inboksuna yemək şəkilləri atıb dəvət edərdim. "Bu gün sizə özəl endirim var" deyə. Sonra həmin adamdan xahiş edərdim ki dostlarının adını desin, səhəri gün həmin dostların inboksuna atardım ki, dünən dostunuz sizin adınızı verib bizə, biz də endirim gününü sizə ithaf edirik. Və belə-belə maraqlı çağırışlar edərdim.

Aydan Sultanlı:  Bir sayt açardım,içində hər şey. Belə ki, sayt tamamilə insanın hər halına uyğun yanında ola bilən virtual yardımçı olardı. Məsələn, mənim boş vaxtım var və sayta daxil oluram, kateqoriyalara baxıram. "Dance","Ebru sanatı","Meditasiya","Ölkələrə virtual turist səyahəti","Oyunlar","Kitablar","Simsimi","Film bələdçisi" və s. kimi bölmələri olardı. İlk  olaraq Facebook və İnstagramda saytımın səhifəsini yaradardım. Səhifəmdə müsabiqələr təşkil edərdim. Buna görə əvvəl auditoriya toplamaq lazım olacaq. Belə halda saytımı sosial şəbəkələrdə populyar olan, kontenti  saytıma yaxın olan səhifələrdə reklam edərdim.

Güldəstə Novruzova: Heyvanlar üçün saatlıq, günlük "baxça" yaradardım. Məsələn, kimsə səyahətə gedir, ya harasa gedir sevimli heyvanını apara bilmir, (saatı misal üçün 5,10 azn ). PR-ını da heyvanların daha yaxşı əhliləşməsi üçün "baxça"da keçirilən təlimlərin videoların, fotolarını çəkib paylaşaram, eyni zamanda sevimli heyvanlarını tərk etmək məcburiyyətində qalan insanların ona uyğun ailə tapmasını həyata keçirəcək elanlar, seçimlər təşkil edərdim. 

Turanə Hüseynli: Yaratmaq istədiyim qurum media şirkətidir. Adını müəyyən etməmişəm hələ. Amma sosial şəbəkələrdəki şəxsi aktivliyim və müəyyən qədər tanınmağım istənilən halda qurumun PR-ı üçün sərfəlidir. Öz şirkətimi də özüm PR edərdim. Necə ki, kommersiya məqsədli PR  təklifləri üzərində işlər görmüşəm və uğurlu alınıb.

Məhəmməd Türkmən: Jurnalist olduğum üçün şəxsi saytımı tanıtmaq istərdim. Bunun da ən yaxşı yolu düşünürəm ki, keyfiyyətli yazı yazmaq və maraqlı şəkillər çəkməkdir.

Mövzu haqqında PR üzrə mütəxəssis Vüqar Zifəroğlu Xeberler.az-a fikirlərini bölüşüb. O, qeyd edib ki, sosial mediada məhsulun, şirkətin və ya təşkilatın düzgün PR-nın qurulması, təbii ki, ilk növbədə təqdim olunanın mahiyyətindən, predmetindən və bu zaman qarşıya qoyulan məqsəddən asılı olaraq dəyişəcək:

“Yəni, konkret bir model və ya bir sxemlə hərəkət etmək mümkün deyil. Daha lokanik desək, PR kampaniyamız 1. Obyektdən; 2. Hədəfdən; 3. Məqsəddən asılı olaraq dəyişəcək. Əvvəl sosial şəbəkələrdə səhifənin yaradılması kimi standart metodlarda başlamaq lazımdır. Daha sonra geniş auditoriya cəlb etmək lazım olacaq bunun üçün də sosial şəbəkələrdə konkret tədbirin üzərinə vurğu etməklə təbliğat qurulur. Bu zaman hədəf auditoriyası dəqiq hesablanmalıdır. Təbii ki, həmin tədbirin proqram və məzmununa müvafiq olaraq. Ancaq, bununla da iş bitmir. PR kampaniyası üçün sosial media menecerinin olmağı çox vacibdir. Onlar nəinki şirkətə, məhsul və ya təşkilata aid yaradılan xüsusi səhifənin məzmun etibarı ile orijinal ve baxımlı, celbedici olmasına nəzarət edirlər, eyni zamanda sosial mediada müxtəlif digər populyar qrup və səhifələrdə də PR aksiyaları keçirirlər. Yadda saxlamaq lazımdır ki, hər şey qarşıya qoyulmuş konkret hədəfdən asılıdır”.

.

Ülviyyə Alıxanova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İlin hər ayı, ayın hər günü, günün hər saatı qadın üçün bayram olmalıdır”

08-03-2015

“Sosial mediadakı “aslan”lar məni narahat edir” - Rubrika

28-07-2015

Yeni layihə: “Mənim 100-lüyüm”

16-01-2015

Azercell bir daha sosial şəbəkələrdə lider oldu

04-08-2016

Aydın Xan Əbilli: «Mən təklif edərdim ki, bizim seçki məcəlləsində dəyişiklik olsun və virtual seçki keçirilsin»

24-09-2010

Sosial şəbəkələrin xəstəlik yaradıcılığı

07-01-2011

“Mənim saxta profillərim məndən daha aktivdirlər”

27-08-2015

“Facebook-dan bir qəpik də qazanmamışam”

02-03-2015

“Yazışmalardan isti çayın qoxusu gəlmir”  - “Mənim 100-lüyüm” layihəsi

22-01-2015

Xaricilər və dünya azərbaycanlıları hansı sosial mediaya üstünlük verir?

23-06-2015

“Sosial mediada paylaşımların öz dilimizdə olmaması məni narahat edir”

06-06-2015

“İstanbulda “check-in” edən qızı 10 dəqiqə sonra Bakıda gördüm”

30-05-2015

Nazir müavini : Şəxsi məlumatların sosial şəbəkələrdə yerləşdirilməsi düzgün deyil

18-03-2019

Sosial şəbəkələrdən asılısınızmı?

13-04-2015

“Şirkətlər sosial media işini agentliyə həvalə etməlidir”

15-07-2015

Azər Həsrət: “İnternetin imkanlarından tam gücüylə istifadə etməyə çalışıram”

27-09-2010

Dövlət qurumlarının sosial şəbəkə hesabları araşdırıldı

27-07-2018

“Statusunuza görə sizi hətta işdən azad edə bilərlər”

03-04-2015

Nar sosial media mükafatına layiq görülüb

14-02-2017

“Reklama yalnız pul xərcləməklə effektli etmək olmur”-Müsahibə

13-03-2018

Real cəmiyyətin virtual adamları - Problem nədədir?

01-07-2015

“Sosial şəbəkələrdə paylaşımlarda diqqətli olmaq lazımdır”

10-08-2015

“Gündəmdə olan mövzu sosial şəbəkələrdə necə müzakirə olunmalıdır?”

27-02-2015

Qubad İbadoğlu: “Seçkilər ən az 10 il sonra virtual yolla keçirilə bilər”.

03-11-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə