Previous Next
Bağla

Sosial şəbəkələrdən asılısınızmı?

13-04-2015 20:16
Sosial şəbəkələrdən asılısınızmı?

Kiminin əsrimizin bəlası, kiminin isə hədiyyəsi olaraq dəyərləndirdiyi - Sosial Şəbəkələr.

Fransız musiqiçinin bu mövzuda sosial yüklü “Carmen” video-klipi izləyənlərdən çoxunun bir müddət düşünməsinə səbəb ola bildi. Biz də “Mənim 100-lüyüm”dən videonu izlədikdən sonra yaranan o bir müddətlik düşüncə ilə özlərini sosial şəbəkələrin əsiri, yoxsa sosial şəbəkələri onların əsiri hesab etdiklərini soruşduq.

36 nəfərin iştirak etdiyi sorğunun nəticəsini seçdiyimiz 10 şərhlə sizə təqdim edirik:

21 şəxs- Demək olar ki, sosial şəbəkələrin əsiriyəm.

15 şəxs- Demək olar ki, sosial şəbəkələr mənim əsirimdir.

 

İlahə Səmədli: Sənin sayəndə baxdım bu videoya,  həqiqətən çox acınacaqlı bir haldır. Fərqində olmadan əsirinə çevrilmişik və ya çevrililirik. Dəblə ayaqlaş, dəbdən geri qalma, amma bu qədəri də yox. Mən sosial şəbəkələrin əsirinə çevrilməmək üçün telefonumda İnterneti açmıram. Ən azından işdə, gəzintidə təsir altına düşməməyə çalışıram. Vaxtımı övladlarımla dəyərləndirmək daha gözəldir, nəinki səhifələrdə boş-boş gəzmək.

Hikmət Qasımzadə: Bir neçə il öncə (2008-2012) sosial şəbəkələrin əsiri olsam da, hazırda o cür olmadığıma əminəm. Bunu bu cür izah edə bilərəm:

1) Gün ərzində bir neçə dəfə Facebook-dan istifadə etdiyim günlər də olur, neçə gün arxa-arxaya girmədiyim günlər də olur.

2) Buradan mənimlə əlaqə saxlamaq istəyənlərin yarıdan çoxuna vaxtından gec cavab verə bilirəm, səbəb isə, sadəcə yadıma düşəndən-düşənə sosial şəbəkədən istifadə etməyimdir.

3) Hesabımı istənilən vaxt dondura bilirəm, məlumatsız qalsam da bu mənə çox-çox ciddi təsir göstərmir. ( qeyd: hazırda hesabını dondurub)

Kamran Ədalət Oğlu: Gündəmdə baş verənləri məhz Facebookdan öyrənirəm, ekspertlərdən açıqlamaları burdan alıram. Yəni, belə daha rahat və sərfəlidir. Bir də, daim ciddi fikir sahiblərinin profillərini nəzərdən keçirirəm. Bir sözlə, işim bununla bağlıdır.

Orxan Məmməd: Mən rahatlıqla hesabımı dondura bilirəm. Məsələn, keçən il 5 ay Facebookum bağlı olub. Açıq olanda özümdən asılı olmayaraq bütün günü bu şəbəkənin əsiri oluram. Amma dondurmağı hər kəsə məsləhət görürəm, görəcəksiniz ki, daha çox kitab oxuyub, xeyirli işlərlə məşğul ola bilirsiniz.

Aybəniz Əliyeva: Azərbaycanda yaşayanda əsiri idim. Bütün gün nəsə paylaşır, rəy yazırdım. Çünki həyat maraqsız idi. Sözün həqiqi mənasında desək, bekar idim. İstanbula gələndən, universitet, dərslərdən İnternetə vaxt tapmayanda və dinc, gözəl zaman keçirəndə başa düşdüm ki, sənə həqiqətən yaxşıdırsa, həyatın İnternetdən maraqlı keçirsə, nə sosial şəbəkədə aktiv olmaq, nə də gözəl zamanlarını Facebook-da paylaşmaq ehtiyacı hiss etmirsən. Kiminsə gözəl zamanında sosial şəbəkələr yadından çıxmırsa, deməli o qədər də gözəl deyil, sadəcə əylənməyi imitasiya edir. İnformasiyalanmaq başqa şeydir. Facebook-u ciddiyə almıram demək də gülməlidir. Amma Facebook-da daimi olmaq bekaram, mənə real həyat buradan maraqlı deyil deməkdir.

Vahid Əli: Heç bir işim sosial şəbəkə üzərindən deyil, əvvəl elə düşünürdüm ki, sosial şəbəkə olmasa, gündəmi izləyə bilmərəm. Düzdür, elə də oldu, amma artıq nə gündəm, nə də sosial şəbəkələrdə baş verənlər maraqlıdır. Ona görə ikinci.

Könül Əliyeva: Tək Facebook-a nəzər yetirsək insanların bu şəbəkədən necə asılı olduğunu görərik. Bəziləri iş, bəziləri ünsiyyət üçün, bəziləri isə sırf bekarlıqdan asılılığa məruz qalırlar. Hətta saxta profillərdən öz şəkillərinə, statuslarına rəy yazacaq qədər xəstəlik halına gəlib çıxanlar var. Artıq bu bir psixoloji pozğunluq məsələsi olaraq sırf zərərli tərəfidir.

Gülnarə Məmmədova: O fikirlə razıyam ki, işi sosial şəbəkələrlə bağlı olan insanlar xaric, digərlərinin aludəçiliyi başqa maraqlı məşğuliyyət tapa bilməmələrindəndir. Bir də gününün önəmli bir hissəsini təşkil edir görürsən. Digər işlərimizin axsamasına səbəbiyyət verir.

Zaur Xudiyev: Mənən öz müsahibəmdə də Facebook-un həyatımda mühüm rol oynadığını demişdim. Çünki, dostlarımla və iş görüşmələri üçün daha çox Facebook-dan istifadə edirəm. Ölkənin bütün sosial, siyasi gündəmi burada bəlli olur. Belə demək olarsa, Facebook kənd meydanı və ya çayxanadır ki, bir gün ortalığa çıxmasan bütün məlumatlardan xəbərsiz qalacaqsan. Mənə lazım olan bütün informasiyanı buradan alıram. Ona görə də, ayrılmaq çox çətindir. Ancaq düzünü desəm, heç buna cəhd də eləməmişəm. Ehtiyac görməmişəm uzaqlaşmaq üçün.

Rəhman Məmmədli: Təşkilati işlərim buradan asılıdır deyə bütün gün burada oluram. Amma uzaqlaşmaq, hesabımı dondurmaq məsələsində iradəliyəm. Gecə yatanda hesabımı dondururam, səhər oyananda açıram. Çox rahat olur insan belə.

Əgər siz

1) Hər səhər oyananda havanın necəliyindən əvvəl axşam paylaşdığınız şəkilinizə gələn bəyənilərə baxırsınızsa;

2) Qarşınızda əyləşən dostunuz, qohumunuzla adi ünsiyyətdən çəkinib Facebook-da yazışırsınızsa;

3) Aclıqdan öldüyünüz halda yemək soyuyana kimi şəklini çəkib paylaşırsınızsa;

4) Həyatınızdakı hadisələrə bütün dərdim bu olsun, təki izləyici sayım azalmasın halında yanaşırsınızsa;

5) Doğum gününüzdə sadəcə lövhənizə yazılan xoş sözlərdən zövq alıb, hətta özünüzü xoşbəxt göstərmək üçün cavab yazmayıb doğum gününüzün bitməyini gözləyirsinizsə;

6) Özünüzü tez-tez heç tanımadığınız adamların lövhəsində boş gəzinirkən görürsünüzsə sizin üçün

sosial şəbəkələrlə bağlı SOS işığının yandığını çox təəssüflə deyirik. Unutmayaq ki, sosial şəbəkələr həyatımızı rahatlaşdırmaq üçün var, onu daha da çıxmaza salmaq üçün yox.

Günel Hacı

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkələrin xəstəlik yaradıcılığı

07-01-2011

“Yazışmalardan isti çayın qoxusu gəlmir”  - “Mənim 100-lüyüm” layihəsi

22-01-2015

“Facebook-dan bir qəpik də qazanmamışam”

02-03-2015

Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

08-07-2019

“Fərqi yoxdur məqsədin nədir, əsas odur ki, doğru istifadə etməyi biləsən”

30-01-2015

“İstanbulda “check-in” edən qızı 10 dəqiqə sonra Bakıda gördüm”

30-05-2015

“Valideynin texnologiyadan anlayışsız olması fəlakətdir”- MÜSAHİBƏ

10-04-2015

Adnan Hacızadə: "Facebook və Twitter şəbəkəsində səhifən varsa bloqçu sayıla bilərsən"

10-03-2011

Gənclər Facebook-dan səmərəli yararlana bilirmi?

18-12-2014

Azərbaycanda "Facebook"un ziyanı, yoxsa xeyri var?

28-04-2011

“Aparıcıların məşhur olmağı üçün sosial şəbəkələr lazımdır”

28-09-2015

BOX.AZ-da Bildirişlər Qovluğu və Sosial Şəbəkələr

06-12-2010

İş yerində Facebook

26-03-2012

“Facebook internetin gələcəyinə təhlükə yaradır”

01-12-2010

Xaricilər və dünya azərbaycanlıları hansı sosial mediaya üstünlük verir?

23-06-2015

“Sosial şəbəkələrdə özümü rahat hiss edirəm”

25-11-2015

“Mənim saxta profillərim məndən daha aktivdirlər”

27-08-2015

“Qadın-kişi münasibətlərində virtual tanışlığa ciddi yanaşmaq lazımdır”

11-06-2015

“Gecələr Wi-Fi -ı söndürürəm ki, İnternetə girməsinlər”

16-02-2015

Sosial şəbəkələr elektron poçtdan güclü çıxdı

10-03-2009

“Günahı sosial şəbəkədə yox, özümüzdə axtarmalıyıq”

27-10-2017

“Məmurlar sosial şəbəkələrdə yazılanları oxusa yaxşı olar”

16-03-2015

Qubad İbadoğlu: “Seçkilər ən az 10 il sonra virtual yolla keçirilə bilər”.

03-11-2010

İnsanlar sosial şəbəkələrdən niyə asılıdır?-Araşdırma

25-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə