“Startap Azərbaycan 2015” konfransı və yekun təqdimat mərasimi keçiriləcək

06-05-2015 / 15:42

Mayın 15-də Park İnn Otelində “Startap Azərbaycan 2015” müsabiqəsinin  yekun təqdimat mərasimi  və “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər“ mövzusunda  konfrans keçiriləcək.

Xəbərlər-in məlumatına görə, təqdimat mərasimində  “Startap Azərbaycan 2015” layihəsinin yekunları və milli startap müsabiqəsinin nəticələri  haqqında təqdimatlar olacaq. Həmçinin Startap Azərbaycan müsabiqəsinin finalçıları elan olunacaq, onlara mükafatlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Məlum olduğu kimi  bu il  keçirilən müsabiqəyə 34 startap müraciət etsə də Startap Azərbaycan müsabiqəsinin qaydalarına uyğun olan 22 startap yarışmaya buraxılıb və 1-ci mərhələdə ekspertiza üçün ekspertlərin rəyindən keçib. 1-ci mərhələnin yekununda 13 startap yarımfinalçı seçilməklə Startap Azərbaycan yarışmasında mübarizəni davam etdirmək statusu qazanıb.

Xatırladaq ki, ötən günlərdə 13 startap öz layihələrini oflayn şəkildə ekspertlərə təqdim ediblər və eksepertlər 2-ci mərhələ qiymətləndirməni başa çatdırıblar.
Müsabiqənin mayın 15-də  baş tutacaq yekun tədbirlər çərçivəsində  isə   finala çıxan startaplarla investorların qapalı görüşü ( pitç sessiya) də təşkil olunacaq. Finalçılar investorlar qarşısında öz layihələri ilə bağlı qısa müddətli təqdimatlar edəcəklər.

Ənənəvi “Startap Azərbaycan 2015”  konfransının məqsədi ölkədə milli startupların inkişafı perspektivləri ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır. Müzakirələrin yekunu olaraq təkliflər hazırlanacaq və müvafiq qurumlara təqdim ediləcək.  Konfrans bir paneldən ibarət olacaq.

Yekun tədbirlərdə və milli konfransda startaplar sahəsində bütün maraqlı tərəflər -  startap komandaları, dövlət qurumları və texnoparkların nümayəndələri, İnvestorlar və İT şirkətlər, mentorlar və ekspertlər diskussiya aparmaq və əlaqələr qurmaq üçün real imkanlar qazanacaqlar.

Tədbirlərlə  bağlı əlavə məlumat almaq, təklif və rəylər təqdim etmək üçün  əlaqə: [email protected]

Startap Azərbaycan layihəsi Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.

Layihəyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru - MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru isə ADA Universitetidir.

İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri də Startap Azərbaycan-a dəstək verirlər.

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.