Previous Next
Bağla

Sürətlə böyüyən bu şirkətdə necə işləmək olar? –Araşdırma

18-08-2017 12:33
Sürətlə böyüyən  bu şirkətdə necə işləmək olar? –Araşdırma

Qlobal, məşhur texnologiya şirkətlərində işə qəbul ilə bağlı araşdırmalarımız davam edir.

Ötən yazımızda IBM-lə bağlı yazı yayımlamışıq.

Bu dəfə ABŞ-da sürətlə inkişaf edən T-Mobile  şirkətində işləmək üçün qəbul şərtləri, tələb edilən məqamlar barədə ətraflı məlumat verəcəyik.

Qeyd edək ki, bu şirkətin icraçı direktoru (CEO) John Legere illik  20,1 milyon dollar gəlir ilə ən çox qazanan şirkət rəhbərləri siyahısına adını yazdıra bilib.

T-Mobile-də işə qəbul məsələsi ilə bağlı hazırda həmin şirkətdə ödəmə sistemləri üzrə baş mühəndis olaraq çalışan həmyerlimiz Anar Abbasov ilə ətraflı söhbət etdik.

Onun sözlərinə görə, T-Mobile Avopada Almaniyanın məşhur Deutche Telekom şirkətinin bir hissəsidir və qısa müddətdir Amerika bazarında fəaliyyət göstərir.

Həmyerlimiz qeyd edib ki, şirkət bu bazarda yeni olsa da, çox sürətlə inkişaf edir və böyüyür.

Keçmiş iş yerində qazanılan naliyyətlər əsas götürülür

Öyrənirik ki, işə qəbul ilə bağlı tələblər gələcək iş yerinin vəzifə və öhdəlikləri əsasında qurulur. Belə ki, qəbul məsələsində əsasən peşəkar bilik, keçmiş iş yerində qazanılan naliyyətlər əsas götürülür:

“Namizədlər bir neçə meyarlara görə yoxlanılır. Bunlara, texniki biliklər, xırda detallara qarşı çox diqqətli olmaq, çevik öyrənmə, bilikləri tətbiq etmək, böyük komandada, çoxmillətli iş mühitində çalışa bilmək bacarıqları daxildir. Məsələn,şirkətə yeni gəldiyimdə dünyanın ayrı-ayrı ölkələrindən olan insanların bir komanda, bir mexanizm formada işlədiyini görəndə biraz təəccüblənmişdim (gülür)”.

Yüksək səviyyədə texiniki bilikləriniz varsa...

Onun  sözlərinə görə, şirkətin işçisi olmaq üçün stress mühitində çalışmağı bacarmaq, məsuliyyətli və qısa zamanda verilən tapşırığı yerinə yetirmək lazımdır:

“Analtiq bacarıqlar, iş vaxtının düzgün idarə edilməsi, yüksək səviyyədə texiniki bilikləriniz varsa, T-Mobile-da çalışma imkanı qazana bilərsiniz”.

Həmyerlimiz şirkətdə işləmək üçün müraciət məsələsinə də toxunub:

İşə qəbul üçün necə müraciət etmək lazımdır?

“Amerikada işə qəbul ilə bağlı çox sayda şirkət-partnyorlar fəaliyyər göstərir. T-Mobile də bu şirkətlərlə əməkdaşlıq edir. Bundan əlavə, şirkətin veb səhifəsində yeni açılan iş yerləri barədə məlumat daim yenilənir. Elə işə qəbul ilə bağlı sənədlər də oradan qəbul edilir. Həmçinin, universitet və kolleclerdə  iş yarmarkalarında şirkət yaxından iştirak edir və təcrübə toplamaq istəyən tələbələri şirkətə cəlb etməkdə maraqlıdır”.

Elanda bu qaydaları qoymaq qadağandır

Anar Abbasov deyir ki, ölkədə işə qəbul prosesinə federal hakimiyyət nəzarət edir:

“Məsələn, iş elanında doğulduğu ölkə, fotoşəkil, yaş həddi, doğum tarixi, ailə vəziyyəti, din, cins, miliyyət kimi tələblər qoymaq qanunla qadağandır. Həmçinin, anketlərdə bu informasiyalara yer ayıran namizədlərin müraciəti qanuna  zidd olduğu üçün nəzə alınmır. Bundan əlavə, işə qəbul edilərkən vəzifə öhdəlikləri tələb etmirsə, tibbi müayinələr keçirmək, xarici görünüş və əlillik dərəcəsini qiymətləndirmək qanunla qadağandır”.

Həmyerlimizdən öyrənirik ki, şirkət çox dinamik inkişaf etdiyi üçün burada təcrübənizin artması üçün çox əlverişli şərait var:

“İstənilən adam kimliyindən asılı olmayaraq bu imkanlardan istifadə edə bilir. Məsələn, burada çox gözəl “onboarding” ( şirkətə yeni gələnlərin iş prinsiplərinə öyrəşməsi üçün görülən işlər, proqramlar) prosesi həyata keçirilir. Belə ki, ilk bir ayda müxtəlif HR kursları, seminarlar və digər təlimlər keçirilir. Yeni işçinin inkişaf planı və yol xəritəsi deyilən sənədi hazırlanır”.

İT mütəxəssis vurğulayıb ki, Amerikada işə qəbul prosesi çox şəffafdır:

“Burada vəzifəyə uyğun göstəriciləri olan namizədlər mütləq işə qəbul edilir. Yuxarda qeyd etdiyim kimi, vəzifə öhdəliklərində göstərilən tələblərdən başqa heç kimə məhdudiyyət qoyulmur. Ona görə də T-Mobile-da işləmək üçün öz üzərində işləyib, zəhmət çəkməkdən qorxmamaq lazımdır. Daim yeni biliklər əldə etməyə cəhd edən insanlar bu prosesdən uğurla keçib şirkətin işçisi ola bilər”.

 

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Facebook-da necə işləmək olar?-Araşdırma

08-09-2017

Uber: İşə qəbulda ölkələrə fərq qoyuruq

30-08-2017

Qlobal İT şirkətlərdə necə işləmək olar?

25-08-2017

"AzInTelecom" MMC onlayn işə qəbul prosesini həyata keçirib

29-12-2020

Məşhur İT şirkətdə necə işləmək olar?- Araşdırma

16-08-2017

Azercell Karyera Sərgisində iştirak edib-Foto

03-03-2017

Azercell Karyera Sərgisində iştirak edib-Foto

04-07-2017

Səhiyyə Nazirliyi işə qəbul prosesini tam elektronlaşdırıb

11-02-2025

Azercell Karyera Sərgisində iştirak edib-Foto

30-05-2017

İki nəhəng şirkət birləşdi-Tarixi anlaşma

30-04-2018

Azercell tələbələrə dəstək oldu

14-03-2018

Nar Mobile gəncləri işə cəlb edir

28-09-2015

İRİA və "EPAM Azərbaycan" "Karyera Mükəmməlliyi" proqramına start verir

17-03-2026

Bakcell təcrübə proqramı elan edib

15-05-2018

Google şirkəti heyətini genişləndirir

02-02-2011

Daha bir skandal – Yaşlı işçiləri qovur

24-03-2018

“Cənubi Koreyada azərbaycanlılar ən yaxşı İT şirkətlərdə çalışır”

19-02-2016

Azercell istedadlı tələbələrə dəstək oldu

21-04-2015

Azercell-in təşəbbüsü ilə tələbələrlə görüş keçirilib

05-03-2015

Robot insanları işə götürür

27-04-2018

Cəsarət et, qayğı göstər - Azercell belə tələbələr axtarır

28-03-2016

“Mobil operatorların gəlirləri azalır”

13-10-2017

Ölkəni tərk edən İT mütəxəssislər – Növbəti yazı

11-04-2017

160 simvolla iş müraciəti

18-07-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə