Azərbaycan xalqı yeni və rəqəmsal texnologiyalara kifayət qədər bələddir.
Xeberler.az məlumat verir ki, bunu Bakıda keçirilən Avropa və MDB Poçt Liderlərinin Forumunda Yaponiyanın “Toshiba Corporation” şirkətinin Beynəlxalq biznesin inkişafı, təhlükəsizlik və avtomatlaşdırma sistemləri departamentinin vitse-prezident müavini Yuçiro İsibaşi (Yuuichiro Ishibashi) bildirib.
“Azərbaycan hökuməti rəqəmsallaşma və rəqəmsal iqtisadiyyatla bağlı strateji sənədlər hazırlayıb. Məsələn, dövlət xidmətləri rəqəmsal platformalar üzərindən təqdim olunur ki, insanlar bu tətbiqlər vasitəsilə xidmətlərə asanlıqla çıxış əldə edə bilsinlər. Bu, çox mühüm bir addımdır", - deyə qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan poçtu – ölkənin milli poçt operatoru olaraq – zəngin tarixi irsə və konkret bir biznes modelinə malikdir: "Lakin bu baza üzərində qurulan fəaliyyətini yalnız ənənəvi poçt xidmətləri ilə məhdudlaşdırmır, beynəlxalq e-ticarət platformaları ilə əməkdaşlıq edərək çatdırılma xidmətlərini inkişaf etdirməyə çalışır. Həmçinin Azərbaycan poçtu yeni və rəqəmsal texnologiyaların tətbiqində maraqlıdır və bu sahədə müsbət yanaşma sərgiləyir. Ümumilikdə isə bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Azərbaycanda yeni texnologiyalara maraq, xidmətlərin və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlik müsbət yanaşma müşahidə olunur”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları