2010-cu ildə bazara 300 milyondan artıq smartfon çıxarılıb

11-02-2011 / 09:16

Xeberler.az portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2010-cu ildə bazara çıxarılan smartfonların sayı ötən ilin müvafiq göstəricisinə (173,5 milyon) nisbətən 74,4 faiz artaraq 302,6 milyon təşkil edib. Bu barədə IDC analitik şirkətin yeni hesabatında deyilir.

Müqayisə üçün qeyd edək ki, bütün növ mobil telefonların, o cümlədən smartfonların təchizatı 18,5 faiz artaraq 1,4 milyard ədəd olub. Hesabatda bildirilir ki, 2010-cu ildə Finlandiyanın Nokia şirkəti ən iri mobil telefon istehsalçısı adını qoruya bilib. 12 ay ərzində Nokia bazara 100,3 milyon qurğu çıxararaq, bazarın 33,1 faizinə nəzarət edib.

Nokia smartfonlarının satış həcmi 48,2 faiz artıb. BlackBerry smartfonlarının istehsalçısı Kanadanın Research In Motion (RIM) şirkəti 16,1 faiz bazar payı ilə siyahının ikinci pilləsindədir. İlin yekunları üzrə RIM Nokia-dan iki dəfə daha az smartfon buraxıb – 48,8 milyon ədəd. BlackBerry-nin satış həcmi isə 41,4 faiz olub. Üçüncü yerdə Apple şirkətidir. Siyahıda RIM-ə yaxınlaşmaqda olan Apple 2010-cu ildə BlackBerry istehsalçısından cəmi 1,3 milyon az smartfon buraxıb və bazarın 15,7 faizinə nəzarət edə bilib. Apple iPhone smartfonlarının satış həcmi isə 89,2 faiz artıb. IDC-nin hesablamalarına görə siyahının dördüncü və beşinci yerləri müvafiq olaraq, Samsung və HTC şirkətlərinə məxsusdur.

Bu zaman Samsung-un il ərzində satış həcmi ilk beşliyin digər iştirakçılarından ən çox artım nümayiş etdirib – 318,2 faiz. İkinci böyük göstərici isə HTC-yə məxsusdur – 165,4 faiz. Hər iki istehsalçısı bu uğurlu göstəriciləri məhsullarında Google Android əməliyyat sisteminin tətbiqi sayəsində əldə edə biliblər. 2011-ci ildə IDC mütəxəssisləri smartfonların satış həcminin daha da artacağını proqnozlaşdırırlar ki, artımın bir hissəsi texnoloji yeniliklərin genişlənməsi (ikinüvəli prosessorlar, kontaktsız ödəniş texnologiyaları və s.) hesabına olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə