Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Onlayn laboratoriyanın (xəbərlər portalı) təqdimatı olub.
Laboratoriyanın yaradılması “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Multimedia Mərkəzi təqdim edib. Layihə Amerika-Azərbaycan Medianın İnkişafı Fondunun dəstəyilə həyata keçirilib.
Tədbirdə Bakı Dövlət Universiteti, Qərb Universiteti, Xəzər Universiteti, Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universiteti, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti ,Qafqaz Universiteti, Azərbaycan Universitetlərinin jurnalistika fakültələrinin nümayəndələri və yeni media üzrə mütəxəssislər iştirak ediblər.
Multimedia Mərkəzinin direktoru, adı çəkilən layihənin rəhbəri Osman Gündüz çıxış edərək layihə haqqında və Onlayn laboratoriya haqqında məlumat verib. O Onlayn laboratoriyanın jurnalistika təhsili verən hər bir Universitetə təqdim ediləcəyini bildirib.
Yeni media mütəxəssisləri Amid Quliyev və Şaiq Muradov resursdan istifadə qaydaları və özəllikləri haqqında təqdimatla çıxış ediblər. Onlar gələcəkdə bu resursu idarə edəcək şəxslərin suallarını cavablandırıblar.
Hər bir Universitet üçün verilməsi nəzərdə tutulan Onlayn laboratoriya jurnalistika fakültəsinin tələbələrinin praktiki bilik və bacarıqlarının artırılması üçün nəzərdə tutulub. Müəllimlər və tələbələr bu onlayn-resursdan onlayn mühitdə işləmək üçün bir platforma olaraq istifadə də biləcəklər.
Onlayn laboratoriya geniş funksional imkanlara malikdir. Tələbələr və müəllimlər burda müxtəlif növ xəbər tipləri ( audio-podkast, video, mətn, foto və s) ilə işləmək imkanları əldə edirlər. Yeni media texnologiyalarını tədris edən müəllimlər jurnalist-tələbələrdə praktiki vərdişlərin formalaşması üçün bu resursdan səmərəli və effektiv istifadə edə biləcəklər.
Tədbirdə həmçinin universitetlərdə yeni medianın tədrisinin təkmilləşdirilməsi üçün Multimedia Mərkəzinin hazırlamaqda olduğu yeni tədris modulları (proqramları) ilə bağlı görülən işlər haqqında məlumat verilib. Apreldə keçiriləcək konfransda yeni medianın tədrisi modelinin yekun variantının müzakirə ediləcəyi bildirilib.
“Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi Universitetlərdə Yeni media texnologiyalarının tədris modelinin yaradılmasını nəzərdə tutur.
Bura ayrı-ayrı fənlər bloku, tədris proqramları, tədris-tematik planları və s. daxildir.
Jurnalist tələbələrə İnternet TV-də və İnternet-radioda iş vərdişləri aşılamaq üçün layihə çərçivəsində BDU-da internet studiyanın yaradılması nəzərdə tutulur. Hazırda studiyanın yaradılmasına hazırlıq gedir, avadanlıq alınır.
Müəllimlər və tələbələrin hazırlanması üçün treninqlər təşkil ediləcək. Həmçinin yeni media-texnologiyalarını tədris edənlər üçün ixtisaslaşdırılmış internet-portal yaradılacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri