Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz Avropa Parlamentində Avropa Komissiyasının dəstəyi ilə təşkil olunan “Rusiya və Şərq tərəfdaşlığı ölkələrində medianın vəziyyəti” ilə bağlı keçirilən toplantısında çıxış edib.
O, çıxışında adı çəkilən tədbirdə media azadlığının vəziyyəti sahəsində Azərbaycanla bağlı deyilənlərə toxunub. Bu sahədə çıxışlarda deyildiyi kimi müəyyən problemlərin olduğunu vurğulayıb. O, müəyyən işlə görülsədə ölkədə informasiya təhlükəsizliyi ilə bağlı problemlərin olduğunu diqqətə çatdırıb. Xüsusilə də müstəqil onlayn media qurumlarının informasiya təhlükəsizliyi probleminin son dövrlərdə daha qabarıq göründüyünü qeyd edib. Bir sıra hallarda müstəqil media qurumlarının internet resurslarının sıradan çıxarılması səbəbindən normal fəaliyyət göstərə bilmədiyi qeyd edib. Bununla bağlı müstəqil media qurumları üçün təhlükəsiz internet mühitinin yaradılması istiqamətində Sərhədsiz Reportyorlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Johann Bihrin təklifinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb . Osman Gündüz həmçinin onlayn media resurslarının dayanıqlı fəaliyyəti üçün kadrların hazırlığı məsələsinə də diqqət yetirilməsinin vacibliyini bildirib.
Osman Gündüz çıxışında ölkədə yeni medianın vəziyyətindən də danışıb. Son illərdə Azərbaycanda Yeni medianın ciddi inkişaf etdiyini vurğulayıb . Xeyli sayda müxtəlif yeni media subyektlərinin yarandığını bildirib. Bununla belə ölkədə yeni media bazarının tələblərinə cavab verən kadrların hazırlanması, peşəkarlıq və metodiki-informasiya dəstəyi sahəsində problemlərin olduğunu diqqətə çatdırıb. O, hazırda Universitetlərdə yeni medianın tədris proqramlarının modernləşdiyini qeyd edib və tədris prosesini həyata keçirəcək kadrlara ciddi ehtiyac olduğunu bildirib. Avropa İnstitutlarının müstəqil yeni media qurumlarına dəstəyinin faydalı olacağını qeyd edib.
Osman Gündüz həmçinin dövlət orqanlarının nəzarəti altında olan və birbaşa dövlət qurumlarına tabe olan onlayn xəbər resurslarının yaradılması məsələsinə diqqət yönəldib. Bu prosesin sonda müstəqil medianın inkişafına ciddi xələl gətirəcəyini bildirib.
Osman Gündüz çıxışında son günlərdə Azərbaycanda ciddi müzakirə mövzusu olan İnformasiya əldə edilməsi haqqında Qanuna təklif olunan dəyişiklik məsələsinə də toxunub.
O, adı çəkilən qanunun hazırlanmasında iştirak edən bir şəxs kimi bu Qanunun kifayət qədər demokratik və liberal dəyərlərə söykəndiyini və Avropa Şurası ekspertlərinin də müsbət rəy verdiyini diqqətə çatdırıb. O, kommersiya sirlərinin yayılmasının qarşısının alınması, fərdi və hüquqi şəxslərin təhlükəsizliyi adı altında informasiya əldə edilməsini məhdudlaşdırmağa yönələn dəyişikliklərin ciddi problemlər yaradacağını bildirib. Bir sıra dövlət rəsmilərinin adı çəkilən dəyişikliklərin beynəlxalq normalara uyğunluğu ilə bağlı fikirlərinə toxunan Osman Gündüz Avropa institutlarının bu dəyişikliklə bağlı qanun layihəsini araşdırmasını vacib sayıb. O, Avropa qurumlarının bununla bağlı müvafiq rəy verməsinin də faydalı olacağını bildirib.
Media azadlığı ilə bağlı Azərbaycana qarşı yönələn tənqidlərə toxunan Osman Gündüz son dövrlərdə bu istiqamətdə bir sıra müsbət addımların atıldığını diqqətə çatdırıb . O Azərbaycanda internetin inkişafı , dövlət qurumlarının informasiya açıqlığı və elektron hökumət quruculuğu istiqamətində atılan addımları, bloqqerlərin azadlığa buraxılmasını diqqətə çatdırıb. Son illərdə Azərbaycan İnternetinin, xüsusilə də sosial medianın kifayət qədər inkişaf etdiyini vurğulayıb. İnternet mediasının daha müstəqil olmasına toxunan Osman Gündüz Azərbaycan İnternetinin sərbəst və açıq olduğunu, hər hansı siyasi və ideoloji senzuranın olmadığını diqqətə çatdırıb. Bununla belə Azərbaycan İnternetində keyfiyyət və əlçatımlıq problemlərinin olduğunu da bildirib.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri